Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-21/2024 03.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsilli, subay, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 268 / 2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 manat-cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (104) - 1849 / 2023 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat-cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hazırki işə ilk dəfə mahiyyəti üzrə baxılarkən Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 21 / 2024 nömrəli qərarına əsasən Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmməsi qərara alınmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 21 / 2024 nömrəli qərarından şikayət verərək həmin qərarının ləğv edilməsi və aliment borcunun tam şəkildə ödənilməsinin təmin edilməsinə dair qərar qəbul edilməsini və əgər aliment borcu ödənilməzsə borclunun inzibati qaydada həbs olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (107) - 103 / 2024 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 21 / 2024 nömrəli qərarı ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (107) - 103 / 2024 nömrəli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən Şəxs icra məmurunun çağırışlarına məhəl qoymamasını, məhkəmə prosesinə qədər sözügedən icra sənədləri üzrə ödənilməli olan məbləğindən tam ödəniş etməməsini nəzərə almamışdır. Bundan başqa məhkəmə hesab edir ki, Şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli məbləğindən ödəniş etməməsi və protokol tərtib edildikdən sonra, yəni 08 fevral 2024-cü il tarixldən sonra 11 fevral 2024-cü il tarixdə tələbkara ümumilikdə 2000 manat ödəniş etməsi onun məqsədinin məhkəmə qətnaməsinin icra edilməsi deyil, həmin vaxt tətbiq ediləcək inzibati tənbeh tədbirindən yayınmaq məqsədi daşımasıdır. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, Şəxs protokol tərtib edilənədək icra sənədi üzrə ödəməli məbləğindən ödəniş etməməsi və protokol tərtib edildikdən sonra, 11 fevral 2024-cü il tarixdə tələbkara 2000 manat ödəniş etməsi, icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirilməməsi anlamını inkar edə bilməz. Həmçinin apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş, ona görə də yuxarıda qeyd edilən halların araşdırılması mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, işi qanunvericiliyin tələbinə uyğun olaraq tam araşdırmadan qərar qəbul etmişdir. Qeyd olunan əsaslara görə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 21 / 2024 nömrəli qərarı ləğv edilərək iş mahiyyəti üzrə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. İnzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 268 / 2022 nömrəli və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (104) - 1849 / 2023 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu hazırki işə ilk dəfə məhkəmə iclasında baxılarkən 2000 manat ödəniş etdiyindən Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 268 / 2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icra edilməli olan tələb qalmadığından icraata xx.xx.2024-cü il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Borclu bugünkü tarixdə digər icra sənədi üzrə 1500 manat ödəmiş, həmin məbləğdən 3 manat komissiya haqqı tutulmuş və onun Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (104) - 1849 / 2023 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkara cəmi 26 manat borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs inzibati xəta haqqında işə mahiyyəti üzrə yenidən baxılması ilə bağlı hazırki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir, bəzən təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. Buna baxmayaraq o borcundan bu gün 1500 manat da ödəniş etmiş və onun tələbkara cəmi 26 manat aliment borcu qalmışdır. O həmin məbləği də 1-2 gün ərzində ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınaraq barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs “Zərərçəkmiş şəxs hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə zərər çəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxladıqda xx.xx.2024-cü il tarixdə 1497 manat vəsaitin onun kart hesabına köçürüldüyünü bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək, eyni zamanda, tədqiq olunmuş sübutlara məcmu halında və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 3 (107) - 103 / 2024 nömrəli qərarında qeyd edilənlərlə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 268 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay hər uşaq üçün 120 manat-cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2 (104) - 1849 / 2023 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat-cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. Borclu hazırki işə ilk dəfə məhkəmə iclasında baxılarkən 2000 manat ödəniş etdiyindən Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 268 / 2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icra edilməli olan tələb qalmadığından icraata xx.xx.2024-cü il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda qeyd edilmişdir ki, borclunun tələbkara olan gecikdirilmiş aliment borcu 2530 manat təşkil edir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə borclunun tələbkara ödənilməli olan gecikdirilmiş aliment borcu cəmi 26 manat təşkil edir. Borclunun uzun müddət işsiz olması və maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, borclu tələbkara hər ay 150 manat miqdarında alimenti müntəzəm olaraq ödəməsə də, maddi imkanlarından asılı olaraq müəyyən gecikmələrlə həmin məbləği ödəyir. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Eyni zamanda, borclu tələbkara olan aliment borcunun 2000 manatdan ibarət hissəsini protokol tərtib edildikdən sonra ödəmişdir və borclu hazırki işə ilk dəfə məhkəmə iclasında baxılarkən 2000 manat ödəniş etdiyindən Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 268 / 2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icra edilməli olan tələb qalmadığından icraata xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. O tam şəkildə ödəniş etməsə də xx.xx.2024-cü il tarixdə yenidən 1500 manat ödəniş etmiş və onun tələbkara cəmi 26 manat ödənilməmiş aliment borcu qalmışdır. Hazırki vəziyyətə ödənilməmiş qalan məbləğ çox cuzidir və borclu qısa müddət ərzində həmin məbləği də ödəyəcəyinə söz verir. Borclunun maddi imkansızlıq üzündən, yəni özündən asılı olmayan səbəblərə görə icra sənədini icra edə bilməməsi isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya onun icra sənədinin icra edilməməsində təqsirli olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-21/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-21/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver