Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-213/2022 07.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Patrul Xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında və etibarnamə ilə, lakin sərxoş vəziyyətdə idarə edərək Oğuz şəhəri S.Vurğun küçəsində hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan, Zərərçəkmiş şəxs məxsus “HYUNDAİ TUCSON MİNİK” markalı ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması, bununla da Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər vurması faktı üzrə Şəxs barəsində Oğuz rayon X3 Patrul Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Patrul Xidməti inspektoru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi zərər vurmuşdur. Tibbi müayinədən keçirilərkən Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə gündüz spirtli içki qəbul etmişdir. Həmin gün saat 20:30 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında və etibarnamə ilə idarə etdiyi “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Oğuz şəhəri S.Vurğun küçəsində hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi “HYUNDAİ TUCSON MİNİK” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı yalnız avtomobillərə maddi zərər dəymiş, heç kim xəsarət almamışdır. Bununla bağlı onun barəsində Oğuz rayon X3 Patrul Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İlk dəfədir ki, belə bir inzibati xəta törədir. O, törətdiyi əməlindən səmimi peşman olmuşdur və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla onun barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixdə verilmiş AE 709381 nömrəli A dərəcəli sürücülük vəsiqəsinin, BD 247539 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən və elektron informasiya məlumat sistemi üzrə çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ vardır və o, “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş BC 202935 nömrəli sürücülük vəsiqəsinin, xx.xx.2019-cu il tarixdə verilmiş AD 499632 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, xx.xx.2022-ci il tarixdə verilmiş ƏN-Vİİİ 356787 nömrəli etibarnamənin surətlərindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ vardır və o, “HYUNDAİ TUCSON MİNİK” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 491 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:27-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 492 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 20:32-də tibbi müayinədən keçirilərkən onun alkoqol qəbul etmədiyi və sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ əsasında və etibarnamə ilə, lakin sərxoş vəziyyətdə idarə edərək Oğuz şəhəri S.Vurğun küçəsində hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan, Zərərçəkmiş şəxs məxsus “HYUNDAİ TUCSON MİNİK” markalı ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, bununla da Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə inzibati tənbehinin tətbiq edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 700 manat miqdarında inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarın inzibati cərimə ilə bağlı hissəsini dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad ediləcəyi, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulunun bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-213/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-213/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver