Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-213/2023 06.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 (on) gün müddətində inzibati həbs edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Ərmənət kəndində küçədə arvadı Şahid2, qaynatası Rafiq Hüseynovun və qaynı Şahid1 ünvanına nalayiq ifadələr işlətməsi bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayonu Ərmənət kənd sakini Şahid3 xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinə telefonla veridiyi məlumat əsasında onun tərəfindən araşdırma aparılmışdır. Toplanmış material üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə arvadı və uşaqlarının hazırda yaşadıqları-Oğuz rayonu Ərmənət kəndinə gedərək onlara ərzaq aparmış, həmin vaxt uşaqlar məktəbdə olmuşdur. O qaynı ilə rastlaşmış, sonra isə arvadı onun qarşısına çıxmış, bu zaman Şəxs içkili vəziyyətdə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs Polis Şöbəsinə izahatı alınması üçün aparılmış xx.xx.2023-cü il tarixdə tutulmadan azad edilmişdir. O yenidən Polis Şöbəsinə xx.xx.2023-cü il tarixdə təxminən saat 09:30 radələrində gətirilmişdir. Beləliklə Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bir müddət əvvəl arvadı uşaqları götürüb Oğuz rayonu Ərmənət kəndinə-valideynlərinin yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə arvadı və uşaqlarının birlikdə yaşadığı ünvana övladlarını görmək və aldığı yeyinti məhsullarını onlara çatdırmaq məqsədi ilə getmişdir. Həmin ünvana çatmazdan əvvəl isə kəndin mərkəzində yerləşən mağazadan iki ədəd tərkibində spirt olan enerji içkisi alaraq içmişdir. İçkini qəbul etdikdən sonra əlindəki bağlamanı uşaqlarına vermək üçün onların yaşadığı ünvana yaxınlaşan zaman arvadının əmisi ilə qarşılaşmış və onların ailəsində olacaq toy mərasiminə o özü gəlməsə arvadının da gəlməsinə icazə verməyəcəyini demişdir. Daha sonra qaynı Vasiflə küçədə rastlaşmış və ona uşaqlarını görmək istədiyini bildirmişdir. Bundan sonra o aldığı məhsulları arvadı Səbinəyə vermək üçün onu uca səslə küçəyə çağırmışdır. Səbinə küçəyə çıxan zaman uşaqların hazırda məktəbdə olduqlarını bildirdi. O içkili olduğu üçün aralarında mübahisə yaranmış və arvadı və onun ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmişdir. O həmin gün Polis Şöbəsinə aparılmış, sonra yenidən xx.xx.2023-cü il tarixdə təxminən 09:20 radələrində polis əməkdaşları onu aparmışlar. O, içkili vəziyyətdə olduğundan özündən asılı olmayaraq qanunsuz hərəkətlər etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirdi ki, Şəxs onun əridir. Əvvəllər aralarında baş vermiş ailə daxili münaqişə ilə əlaqədar o övladlarını götürərək 2023-cü ilin avqust ayında Oğuz rayonu Ərmənət kəndinə-valideynlərinin evinə getmişdir və hazırda da həmin ünvanda yaşayır. O Şəxsla boşanma ərəfəsindədir. Şəxs xx.xx.2023-cü il tarixində saat təxminən 12:30 radələrində sərxoş vəziyyətdə onun yaşadığı ünvana gələrək uşaqlara yeyinti məhsulları gətirdiyini və uşaqları görmək istədiyini bildirdi. O isə öz növbəsində çantanı götürmüş və uşaqların hazırda məktəbdə olduğunu bildirmişdir. Həmin vaxt atası və qardaşı da yanında olmuşlar. Bu zaman Şəxs ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O bu hərəkətlərini dayandırmağını Zahirdən tələb etsə də, Zahir buna məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmin gün əmisigildə toy mərasimi olduğunundan Zahir tərəfindən deyilən nalayiq ifadələri məclisdə iştirak edən şəxslər də eşitmişlər. Buna görə də zəng edərək polisə məlumat vermişdir. Sonradan polis əməkdaşları gəlib X8 aparmışlar. Şəxs mütəmadi olaraq bu cür hərəkətləri ilə onu, ailə üzvlərini və qonşuları narahat etdiyindən hazırda da ondan şikayətçidir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. Şəxs onun bacısının əridir. xx.xx.2023-cü il tarixdə o valideynlərinin evinə qonaq kimi getmişdir. Həmin gün təxminən günorta saatlarında həyətyanı sahənin küçəyə açılan qapısını rənglədiyi vaxt Zahir əlində selefon torba ilə ona yaxınlaşaraq uşaqlarına yeyinti məhsullarını aldığını və onlara vermək istədiyini bildirmişdir. O isə uşaqların hazırda məktəbdə olduqlarını bildirmiş və torbanı Səbinəyə verməsini xahiş etmişdir. Bundan sonra Zahir Səbinəni küçəyə çağırmış, Səbinə küçəyə çıxdıqda isə bacısını, atası Rafiqi və digər ailə üzvlərini söyüb təhqir etmişdir. Qonşuda toy mərasimi olduğundan həmin məclisdə olan şəxslər də Zahirin onlara qarşı işlətdiyi nalayiq ifadələri eşitmişlər. Eyni zamanda, Zahir onun anası Səmayənin üzünə tüpürmüşdür. Şəxs bu hərəkətlərinə görə polisə müraciət edilmiş, polis əməkdaşları gəlib X8 aparmışlar. Şəxs bu cür hərəkətləri nəinki, Şahid2, həmçinin, onu, ailə üzvlərini və digər qonşuları da narahat edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o ailə üzvləri ilə birlikdə Oğuz rayonu Ərmənət kəndində yaşayır. Şəxs onun qızının əridir. xx.xx.2023-cü il tarixdə o qonşuda toy həyətində olmuşdur. Həmin qonşunun evindən küçəyə çıxan zaman Şəxs üst-başı yaxşı olmayan görkəmdə görmüş və ondan hər hansı problem yaratmadan getməyini xahiş etmişdir. Bundan sonra Zahir onu və ailə üzvlərini söyüb təhqir etməyə başlamış və onun üzünə tüpürmüşdür. Bu hadisə digər şəxslərin gözü qarşısında olduğu üçün hesab edir ki mənəviyyatı alçaldılmış və onu tanıyan insanlar qarşısında nüfuzu sarsılmışdır. Şəxs bu hərəkətlərinə görə polisə müraciət edilmiş, polis əməkdaşları gəlib X8 aparmışlar. Şəxs bu cür hərəkətləri nəinki, Şahid2, həmçinin, onu, ailə üzvlərini və digər qonşuları da narhat edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1435 nömrəli raportdan müəyyən edilir ki, Şəxs barəsində Şahid3 tərəfindən Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək şikayət verməsi faktı üzrə araşdırma aparılmış və həmin araşdırma çərçivəsində Zahid Şirinovun və şahidlərin izahatları alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli AZ 000576 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə 15:00-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 423 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:32-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 10 gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Ərmənət kəndində, X1 evinin qarşısında nalayiq ifadələr işlətmiş, ucadan səs-küy salmış, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və müdafiəçinin fkrini nəzərə alaraq qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran hallarıı, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati xətanın törədilmə üsulunu və mütəmadi xarakterli olmasını nəzərə alaraq inzibati həbs müddətinin həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2023-cü il tarixdə 15:00-da tutulmadan azad edilsə də, xx.xx.2023-cü il tarixdə 09:20 radələrində Oğuz rayon Polis Şöbəsinə aparılmış, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı, Şəxs xx.xx.2023-cü il tarixli AZ 000576 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 15:00-dan, xx.xx.2023-cü il tarixdə saat 15:00-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 1 gün müddət ona təyin olunmuş inzibati həbs müddətindən çıxılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 gün müddətində inzibati həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixli AZ 000576 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 15:00-dan xx.xx.2023-cü il tarixdə saat 15:00-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 1 gün müddət ona təyin olunmuş inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 14 gün inzibati həbs müddəti saxlanılsın. İnzibati həbsin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 09:20-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(054)-213/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-213/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver