Məhkəmə qərarları › İş №3(054)-216/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-216/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-216/2024 01.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1972-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, subay, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə “TOYOTA PRİUS (HİBRİD) MİNİK” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi səbəbi ilə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəxs və Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, eyni zamanda, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş hər hansı sənəd və ya digər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 19093921 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan, elektron informasiya məlumat sistemi üzrə çıxarışdan və xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilmişdir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərar icra edilmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3 (054) - 135 / 2024 nömrəli qərarından görünür ki, xx.xx.2024-cü il tarixli EQ 19093921 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar icra edilmədiyinə görə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Şəxs barəsində tətbiq edilən inzibati cərimə və həmin cərimə məbləğinə hesablanmış dəbbə pulunu məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödədiyinə görə həmin protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 manat miqdarında inzibati cərimə edilmişdir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərar icra edilmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 135 / 2024 nömrəli qərarı ilə həmin protokola qiymət verilmiş və Şəxs barəsində tətbiq edilən inzibati cərimə və həmin cərimə məbləğinə hesablanmış dəbbə pulunu məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödədiyinə görə həmin protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunmuşdur. Həmin qərardan şikayət verilməmiş və qüvvəyə minmişdir. Buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə yeni tarixli və nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.7-ci maddələrinin məzmununa görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aid eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar