Məhkəmə qərarları › İş №3(054)-218/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-218/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-218/2023 14.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X16 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1992-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, eyni zamanda, sərxoş vəziyyətdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X16 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz rayon Polis Şöbəsinin əməkdaşı, xx.xx.2023-cü il tarixdə 17:30 radələrində Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında iki şəxsin dalaşması faktı üzrə Polis Şöbəsinə zəng edərək məlumat vermişdir. Həmin məlumat əsasında polis əməkdaşları qeyd olunan ünvana getmiş, orada olan zaman X13 və X1 vəziyyətdə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişlər. Polis əməkdaşları X13 və X6 intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. X13 və X2 əməkdaşları ilə Polis Şöbəsinə getməkdən də imtina etmiş, məcburi şəkildə Polis Şöbəsinə aparılmasını təmin etmək istədikdə isə həmin şəxslərin həmkəndliləri X14, X5, X11, Şəxs polis əməkdaşlarına mane olmuşlar. Həmin şəxslər də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmış, Şəxs və adı çəkilən digər şəxslər məcburi şəkildə polis avtomobilinə əyləşdirilərək Polis Şöbəsinə aparılmışlar. Şəxs və digər şəxslər Oğuz rayon Polis Şöbəsinin inzibati binasında olarkən də qanunsuz hərəkətlərini davam etdirərək onları nizamintizama dəvət edən polis əməkdaşlarına məhəl qoymamış və polisin qanuni tələblərinə əməl etməmişlər. Belə ki, Şəxs və digər şəxslər Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, Polis Şöbəsinin iş rejimini pozmuş, istirahət otağının divarını təpik və yumruqla dağıtmış və dəmir barmaqlıqlarını qırmışlar. Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında münaqişə yaradaraq ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə qardaşı oğlunun toy mərasimi ilə əlaqədar Oğuz şəhərində yerləşən “Nizami” şadlıq sarayına gəlmişdir. Sonradan şadlıq sarayının qarşısına çıxan zaman xalası oğlu Cavidin əli qan içində polis maşınına mindirildiyini görmüş, ona görə də DİN “102” xidmətinə zəng edərək toy mərasiminə gəlmiş qonaqların polis əməkdaşları tərəfindən zorla aparılması barədə məlumat vermişdir. Həmin şəxslərin hansı səbəbdən Polis Şöbəsinə aparıldığını hadisə yerində olan polis əməkdaşlarından soruşsa da, heç bir cavab ala bilməmişdir. O heç kəsin ünvanına nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Eyni zamanda barəsində tərtib edilmiş tibbi müayinə aktı qanunsuzdur, çünki həmin gün araq içməmiş, sadəcə az miqdarda pivə içmişdir. Qeyd etdiklərinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon X12 Qrupunun təhqiqatçısı X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində xidmətdə olarkən Oğuz rayon Polis Şöbəsinin əməkdaşının zəng edib verdiyi məlumat əsasında polis əməkdaşları Babək Hüseynov, Rahib İmamverdiyev və Həmid Məmmədovla birlikdə həmin ünvana getmişlər. Orada olarkən münaqişə edən şəxslərin X13 və X10 olduğu müəyyən edilmişdir. Həmin şəxslər aparılan araşdırma ilə əlaqədar Polis Şöbəsinə dəvət edilərkən hər iki şəxs onunla və digər polis əməkdaşları ilə mübahisə etmiş, küçədə ucadan səs-küy salaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin şəxslərdən qanunsuz hərəkətlərinə qon qoymaqları tələb edilsə də, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişlər. Bundan sonra onlar X13 və X2 Şöbəsinə dəvət etmiş, onlar getmək istəmədiklərinə görə onları məcburi şəkildə xidməti avtomobilə əyləşdirərək aparmağa çalışsalar da həmin şəxslərin həmkəndliləri X14, X5, X11, Şəxs və X8 onlara mane olmuşlar. Həmçinin həmin şəxslər də küçədə ucadan səs-küy salaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmış və Şəxs və digər şəxslər məcburi şəkildə xidməti avtomobilə əyləşdirilərək Oğuz rayon Polis Şöbəsinə aparılmışlar. Şəxs ictimai yerdə ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməklə yanaşı, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə də qəsdən tabe olmamış, insanlar arasında ixtişaş yaratmağa çalışmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AZ 000580 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 429 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə saat 20:25-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1469 nömrəli raportun və ona əlavə edilmiş sistem üzrə çıxarışın surətlərindən müəyyən edilir ki, Şəxs telefonla Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək həyətlərində toy mərasimi olduğunu, həyətə yaxınlaşan Oğuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qonaqların zorla Polis Şöbəsinə aparmalarına narazılığını bildirmişdir. İş materiallarına əlavə edilmiş AO ******* nömrəli hərbi biletin surətindən müəyyən edilir ki, Şəxs Vətən Müharibəsi iştirakçısıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz şəhəri ərazisində şadlıq evinin qarşısında ictimai qaydanı kobud şəkildə pozduğu və polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə şadlıq sarayının qarşısında yaranmış münaqişədə iştirak etməmiş, hadisə yerinə yalnız polis əməkdaşları da oraya gəldikdən sonra gəlmişdir. O qohumu Cavidin əli qanlı şəkildə polis avtomobilinə mindirildiyini gördükdə məsələnin mahiyyətini anlamamış, hətta özü yenidən polisə zəng edərək narazılığını bildirmişdir . Şəxs toy mərasimində iştirak edən şəxs və bilavasitə toy sahiblərindən biri-bəyin əmisi olmaqla şadlıq sarayının qarşısına çıxaraq hadisə yerinə gəlməsi təbii hesab olunmaqla onun tərəfindən hər hansı qanunsuz hərəkətə yol verildiyinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Şəxs hər hansı şəxsi söyüb təhqir etməsi, nalayiq ifadələr işlətməsi, ucadan səs-küy salması və ya ictimai qaydanı pozan digər hər hansı hərəkətə yol verməsi isə iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində “xırda xuliqanlıq” dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəzərdə tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, hər hansı şəxsə qarşı digər qanunsuz hərəkətlər etməmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, onun həmin gün hər hansı şəxsi söyüb təhqir etməsi, nalayiq ifadələr işlətməsi, ucadan səs-küy salması və ya ictimai qaydanı pozan digər hər hansı hərəkətə yol verməsi araşdırma zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunan faktlar iş materialları və məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən həmin maddələrlə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, məhkəmə zalında dərhal inzibati qaydada tutmadan azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon X16 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalında dərhal inzibati qaydada tutmadan azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar