Məhkəmə qərarları › İş №3(054)-219/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-219/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-219/2023 13.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1969-cu il tarixdə Oğuz rayonu Yenikənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, eyni zamanda, sərxoş vəziyyətdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayon Polis Şöbəsinin əməkdaşı xx.xx.2023-cü il tarixdə 17:30 radələrində Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında iki şəxsin dava etməsi faktı üzrə Polis Şöbəsinə zəng edərək məlumat vermişdir. Həmin məlumat əsasında polis əməkdaşları qeyd olunan ünvana getmiş, orada olan zaman X10 və X1 vəziyyətdə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişlər. Polis əməkdaşları X10 və X5 intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. X6 arvadının işdən evə aparmaq üçün şadlıq evinə gələn zaman hadisə yerində Cavid Şəriflinin əlinin qanadığını görüb su gətirərək onun əlini yumuş, sonra isə hadisə yerini lentə almağa başlamışdır. X10 və X8 polis əməkdaşları ilə Polis Şöbəsinə getməkdən də imtina etmiş, məcburi şəkildə Polis Şöbəsinə aparılmasını təmin etmək istədikdə isə həmin şəxslərin həmkəndliləri X11, X4, X9, X7 polis əməkdaşlarına mane olmuşlar. Həmin şəxslər də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmış, Şəxs və adı çəkilən digər şəxslər məcburi şəkildə polis avtomobilinə əyləşdirilərək Polis Şöbəsinə aparılmışlar. Şəxs yanlışlıqla Polis Şöbəsinə aparılmışdır. Bundan sonra isə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Oğuz şəhərində yerləşən “Nizami” şadlıq sarayında qabyuyan işləyən arvadını işdən evə aparmaq məqsədi ilə həmin ünvana getmişdir. O orada olan zaman tanımadığı bir neçə nəfər şəxsin sərxoş vəziyyətdə polis əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Eyni zamanda iki şəxs bir-biri ilə dalaşdığından birinin əli qanadığı üçün ona su aparmışdır. Bundan sonra isə özünə məxsus mobil telefon vasitəsi ilə onları lentə almışdır. Bu əsnada polis əməkdaşları mübahisə edən digər şəxsləri Polis Şöbəsinə aparan zaman onu da aparmışlar. O heç kəsi söyməmiş, təhqir etməmiş, Polis Şöbəsində olarkən də iş rejimini pozacaq və əmlaka zərər vuracaq hər hansı hərəkət etməmişdir. O toy edən şəxsləri, eyni zamanda mübahisə edən şəxsləri tanımır. Bu səbəbdən polisə müqavimət göstərmək və xırda xuliqanlıq hərəkətləri etməyi üçün də heç bir əsası yoxdur. O, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmiş və həmin vaxt sərxoş vəziyyətdə də olmamışdır. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AZ 000579 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 434 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:36-da tibbi müayinədən keçirilərkən onun alkoqol qəbul etmədiyi və sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz şəhəri ərazisində şadlıq evinin qarşısında ictimai qaydanı kobud şəkildə pozduğu və polis əməkdaşlarına qarşı tabesizlik göstərdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə toy mərasimində iştirak etməmiş və mübahisə edən şəxslərin də arasında olmamışdır. Həmin gün arvadını işdən evə aparmaq üçün təsadüfən hadisə yerində olmuşdur. Şəxs hadisəni lentə almağa çalışması ilə hər hansı qanunsuz hərəktə yol verilməmişdir. Şəxs hər hansı şəxsi söyüb təhqir etməsi, nalayiq ifadələr işlətməsi, ucadan səs-küy salması və ya ictimai qaydanı pozan digər hər hansı hərəkətə yol verməsi isə iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində “xırda xuliqanlıq” dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəzərdə tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, hər hansı şəxsə qarşı digər qanunsuz hərəkətlər etməmişdir. Polis əməkdaşları ilə digər şəxslər arasında yaranmış mübahisə zamanı hadisə yerini lentə alması, ictimai qaydanın pozulması və xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxs xx.xx.2023-cü il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, onun həmin gün hər hansı şəxsi söyüb təhqir etməsi, nalayiq ifadələr işlətməsi, ucadan səs-küy salması və ya ictimai qaydanı pozan digər hər hansı hərəkətə yol verməsi araşdırma zamanı öz təsdiqini tapmamış, qeyd olunan faktlar iş materialları və məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən həmin maddələrlə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, inzibati qaydada tutmadan dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon X12 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalında dərhal inzibati qaydada tutmadan azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar