Məhkəmə qərarları › İş №3(054)-221/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-221/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-221/2023 13.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X15 Təhlükəsizlik Bölməsinin baş inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.2002-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, eyni zamanda, sərxoş vəziyyətdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X15 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz rayon Polis Şöbəsinin əməkdaşı xx.xx.2023-cü il tarixdə 17:30 radələrində Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında iki şəxsin dava etməsi faktı üzrə Polis Şöbəsinə zəng edərək məlumat vermişdir. Həmin məlumat əsasında polis əməkdaşları qeyd olunan ünvana getmiş, orada olan zaman X13 və X2 vəziyyətdə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişlər. Polis əməkdaşları X13 və X6 intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin şəxslər polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, məcburi şəkildə Polis Şöbəsinə aparılmasını təmin etmək istədikdə isə həmin şəxslərin həmkəndliləri, eyni zamanda Cavid Şəriflinin qardaşı Şəxs, digər şəxslər X5, X11, X7 polis əməkdaşlarına mane olmuşlar. Həmin şəxslər də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Bundan əlavə Şəxs polis avtomobilinə yumruq zərbəsi endirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmış, Şəxs qaçıb getmiş, adı çəkilən digər şəxslər, eləcə də və X8 məcburi şəkildə polis avtomobilinə əyləşdirilərək Polis Şöbəsinə aparılmışlar. Şəxs sonra özü Polis Şöbəsinə gəlmişdir. Şəxs və digər şəxslər Oğuz rayon Polis Şöbəsinin inzibati binasında olarkən də qanunsuz hərəkətlərini davam etdirərək onları nizam-intizama dəvət edən polis əməkdaşlarına məhəl qoymamış və polisin qanuni tələblərinə əməl etməmişlər. Belə ki, Şəxs və digər şəxslər Polis Şöbəsinin inzibati binasında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, Polis Şöbəsinin iş rejimini pozmuş, istirahət otağının divarını təpik və yumruqla dağıtmış və dəmir barmaqlıqlarını qırmışlar. Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında münaqişə yaradaraq ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə qohumunun toy mərasimi ilə əlaqədar Oğuz şəhərində yerləşən “Nizami” şadlıq sarayına gəlmiş, orada spirtli içki qəbul etmişdir. Sonradan şadlıq sarayının qarşısına çıxan zaman polis əməkdaşlarının qardaşı Cavid Şəriflini polis avtomobilinə mindirərək aparmaq istədiklərini gördükdə o buna narazılıq olaraq qardaşının avtomobilə mindirilməsinə mane olmuşdur, lakin bu zaman xidməti avtomobilə yumruq vurmamışdır. Polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etsələr də, o onlarla getmək istəməmiş, həmkəndlilərinin köməyi ilə oradan qaçaraq uzaqlaşmışdır. Lakin sonradan qardaşı X21 aparıldığını öyrəndikdə o özü Polis Şöbəsinə getmişdir. O, hazırda əməlindən səmimi peşman olmuşdur. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Eyni zamanda hazırda onun arvadı xəstədir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon X12 Hissəsinin növbətçisi X14 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Oğuz rayon Polis Şöbəsinin əməkdaşının zəng edib verdiyi məlumat əsasında polis əməkdaşları X13, X1 Vüqar Bəxtiyar oğlu, X11, X7 və X8 təxminən 18:00 radələrində Polis Şöbəsinə gətirilmişlər. Sonradan Şəxs Polis Şöbəsinə özü gəlmişdir. Həmin şəxlər Polis Şöbəsinin inzibati binasında olarkən ucadan səs-küy salmış, ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişlər. Həmin şəxsləri nizam-intizama dəvət etsələr də onlar qərəzli olaraq öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Bundan əlavə Polis Şöbəsinin iş fəaliyyətini pozmuş, istirahət otağının divarını təpik və yumruqla dağıtmış, dəmir barmaqlıqları qırmışlar. Şəxs ictimai yerdə ucadan səs-küy salıb nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etməklə yanaşı, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə də qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 430 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023cü il tarixdə saat 20:27-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda, sərxoş vəziyyətdə Oğuz şəhərində yerləşən şadlıq evinin qarşısında ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, Polis Şöbəsinin iş rejimini pozmuş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq inzibati həbs müddətinin 11 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixli AZ 000578 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 18:30-dan hesablanmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X15 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 11 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixli AZ 000578 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2023-cü il tarixdə saat 18:30-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2023-cü il tarixdə saat 18:30-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim :Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar