Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-221/2024 01.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə “FORD TRANSİT YÜK” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi səbəbi ilə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, eyni zamanda, ərizədə qeyd etmişdir ki, onun sürücülük hüququ Oğuz Rayon Məhkəməsi tərəfindən məhdudlaşdırılmışdır. O cərimələri ödədikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək sürücülük vəsiqəsinin üzərində olan məhdudiyyətlərə xitam verilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarları ilə sürücülük vəsiqəsinin üzərində olan məhdudiyyət xitam edilmiş və həmin qərarlar xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Lakin hansısa səbəbdən Şəki İmtahan-Qeydiyyat İdarəsi qüvvəyə minmiş məhkəmə qərarlarını nəzərə almamışdır. Buna görə də, ona xx.xx.2023-cü il tarixdə sürücülük vəsiqəsi olmadan idarə etməyə görə 300 manat cərimə yazılmış və onun üzərinə 180 manat dəbbə pulu gəlmişdir. Qeyd etdikləri nəzərə alınaraq protokolun təmin edilməməsini xahiş etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, eyni zamanda, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş hər hansı sənəd və ya digər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs Oğuz Rayon Məhkəməsinin 3 (054) - 94 / 2023, 3 (054) - 113 / 2023, 3 (054) - 114 / 2023 və 3 (054) - 124 / 2023 nömrəli qərarları əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 94 / 2023, 3 (054) - 113 / 2023, 3 (054) - 114 / 2023 və 3 (054) - 124 / 2023 nömrəli qərarlarından görünür ki, Şəxs barəsində qəbul edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Oğuz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarına Şəxs vəsatəti əsasında xitam verilmişdir. İş materiallarına əlavə edilmiş X1-İmtahan və X2 xx.xx.2023-cü il tarixli 2461, 2462, 2463 və 2464 nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş Şəxs 8 ay sürücülük hüququnun məhdudlaşdırılmasına dair Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 94 / 2023 nömrəli, 6 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair xx.xx.2023-cü il tarixli 3 (054) - 113 / 2023, 3 (054) - 114 / 2023 nömrəli və xx.xx.2023cü il tarixli 3 (054) - 124 / 2023 qərarlarının icrasına xitam verilməsi haqqında Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 94 / 2023, 3 (054) - 113 / 2023, 3 (054) - 114 / 2023 və 3 (054) - 124 / 2023 nömrəli qərarlarına əsasən X1-İmtahan və X3 yaradılan mərkəzləşdirilmiş kompüter bazasında xitam edilməsi ilə bağlı müvafiq qeydlər xx.xx.2023-cü il tarixdə aparılmışdır. İş materiallarına əlavə edilmiş EQ/ 18429014 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “FORD TRANSİT YÜK” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 94 / 2023 nömrəli qərarına əsasən 8 ay, xx.xx.2023-cü il tarixli 3 (054) - 113 / 2023, 3 (054) - 114 / 2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3 (054) - 124 / 2023 qərarlarına əsasən isə 6 ay məhdudlaşdırılmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) - 94 / 2023, 3 (054) - 113 / 2023, 3 (054) - 114 / 2023 və 3 (054) - 124 / 2023 nömrəli qərarlarına əsasən Şəxs barəsində qəbul edilmiş, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Oğuz Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarına Şəxs vəsatəti əsasında xitam verilmiş, həmin qərarlara xitam verilməsi barədə qeydlər X1-İmtahan və X3 yaradılan mərkəzləşdirilmiş kompüter bazasında xx.xx.2023-cü il tarixdə aparılmışdır. Şəxs xx.xx.2023-cü il tarixdə “FORD TRANSİT YÜK” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinin inzibati xəta hadisəsinin baş verməsi güman olunan zaman qüvvədə olan redaksiyasına əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə tərəfindən müəyyən edilir ki, Oğuz rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən artıq onun barəsində inzibati tənbeh növü olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun müəyyən müddətə məhdudlaşdırılmasına dair Oğuz Rayon Məhkəməsinin müvafiq qərarlarına şəxsin vəsatəti əsasında xitam verilmiş, həmin qərarlar qüvvəyə də minmişdir. Bu da onu deməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırki protokol tərtib edilərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs statusunda olmamışdır. Bu səbəbdən həmin vaxt onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi də yaranmamış və xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol da əsassız olaraq tərtib edmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinin DYP Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-221/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-221/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver