Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-225/2022 15.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi 5894XGZ Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiallara Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 41 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 3430 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 42 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 12.300 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 41 / 2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 42 / 2021 nömrəli qətnamələrinə dair icra sənədləri bir icraatda birləşdirilmişdir. Qeyd olunan işlər üzrə icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 41 / 2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 42 / 2021 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə borclu Şəxs tələbkarlara olan borcları ödənilməmiş qaldığına görə borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Buna baxmayaraq o, çağırışlara da gəlməməklə icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu həmin qərar əsasında polis əməkdaşları vasitəsilə gətirilmişdir. Qeyd olunan icra sənədləri üzrə Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs - Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 41 / 2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 42 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildirişlər göndərilmiş, lakin borclu icra sənədlərini vaxtında icra etməmişdir. Borclu həmin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra məmurunun çağırışı ilə gəlməkdən üzürsüz səbəbdən yayındığına görə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 8 (054) - 15 / 2022 nömrəli qərardadı ilə onun Oğuz rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Bundan sonra da borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 41 / 2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 42 / 2021 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə tələbkarlara indiyədək hər hansı məbləğ ödəməmişdir. Hazırda həmin icra sənədləri üzrə borclunun tələbkarlara ödəməli olduğu borc məbləği cəmi 15.730 manat təşkil edir. Həmin icra sənədləri üzrə müvafiq orqanlara sorğular göndərilmiş, lakin Şəxs məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və qiymətli əşyalar aşkar edilməmişdir. Borclu hazırda da qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə, icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə tələbkarlara ödəməli olduğu borc məbləğlərindən maddi imkansızlıq üzündən indiyədək hər hansı məbləğ ödəyə bilməmişdir. Onun maddi vəziyyəti aşağı səviyyədədir və himayəsində azyaşlı uşağı vardır. Daimi iş yeri olmadığından və hər hansı gəlir əldə etmədiyindən həmin icra sənədlərini icra edə bilməmişdir. Eyni zamanda, səhhətində də müəyyən problemlər vardır və o, üçüncü dərəcə əlilliyi olan şəxsdir. O, borc məbləğlərini hissə-hissə ödəmək istəyir və hər iki icra sənədi üzrə hər ay cəmi 200 manat ödəyə bilər. O, faktiki olaraq Oğuz rayonundan kənarda yaşadığından, İcra və Probasiya Şöbəsinə dəvət edilməsi ilə bağlı bildirişlər barədə məlumatı olmamış və bu səbəbdən icra məmurunun çağırışlarına da gəlməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər - Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 41 / 2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2 (054) - 42 / 2021 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onlarla telefon vasitəsilə əlaqə saxladıqda hər biri borclunun onlara olan borcunun tam şəkildə ödənilməsini tələb etdiklərini bildirmişlər. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, cavabdeh Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 41 / 2021 nömrəli qətnaməsinə əsasən cəmi 3430 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs2, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 42 / 2021 nömrəli qətnaməsinə əsasən isə cəmi 12.300 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qərarları qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin işlər üzrə icra sənədləri bir icraatda birləşdirilmişdir və hazırda qeyd olunan icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Həmin icra sənədləri üzrə borclu Şəxs indiyədək tələbkarlara hər hansı məbləğ ödəməmişdir. İcra məmuru həmin icra sənədlərinin icrası ilə əlaqədar müvafiq tədbirlər görmüş, lakin borclu icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, yalnız onun barəsində axtarış elan edildikdən sonra polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. O həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətalarda onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyi olan şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, inzibati tənbeh növü olaraq inzibati həbsin tətbiq edilməsinə orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, yəni birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslərə münasibətdə yol verilmir. Üçüncü dərəcə əlilliyi olan şəxslərə münasibətdə inzibati tənbeh növü olaraq inzibati həbsin tətbiq edilməsi ilə bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, tələbkarlara ödənilməli olan vəsaitin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 10 gün müddətində müəyyən edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 33, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən saat 18:15dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-225/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-225/2022
15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver