Məhkəmə qərarları › İş №3(054)-226/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-226/2022

16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-226/2022 16.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin baş inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsilli, işsiz və öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında yaşadığı ünvanda münaqişə yaratması səbəbi ilə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedərkən onun polis əməkdaşlarının qanuni tələblərini pozması, əl-qol hərəkətləri ilə müqavimət göstərməsi, xidməti avtomobilə əyləşməkdən imtina etməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin baş inspektoru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında Oğuz rayonu Muxas kəndində yaşadığı ünvanda ailə üzvləri ilə münaqişə yaratdığı üçün qardaşı X6 onun barəsində Oğuz rayon Polis Şöbəsinə telefonla məlumat verərək tədbir görülməsini xahiş etmişdir. Həmin məlumat əsasında polis əməkdaşları qeyd olunan ünvana getmiş, orada X1 Şöbəsinə ərizə ilə müraciət edən zaman Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Eyni zamanda, o, yumruq, təpik və başı ilə polis əməkdaşlarının xidməti avtomobilinə zərbələr vuraraq avtomobilə zərər yetirməyə çalışmışdır. Polis əməkdaşları Şəxs intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs polis əməkdaşları ilə polis şöbəsinə getməkdən də imtina etmiş, gecə saat 01:30 radələrində o, məcburi şəkildə avtomobilə əyləşdirilərək polis şöbəsinə gətirilmişdir. Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında yaşadığı ünvanda münaqişə yaradaraq ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz rayonu Muxas kəndində yaşayır və Şamo Əkbərov onun qardaşıdır. Qardaşı həmin kənddə valideynləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə qardaşı Şamo Əkbərovun evinə qonaqlar gəlmiş, o da həmin gün iki şüşə spirtli içki qəbul edərək qardaşıgilin evinə getmişdir. Həmin vaxt qardaşı ilə aralarında narazılıq baş vermiş, o, içkinin təsirindən sərxoş vəziyyətə düşdüyünə görə həmin vaxtdan sonra nə baş verdiyini dəqiqliyi ilə xatırlamır. Bir qədər sonra onların yaşadığı ünvana polis əməkdaşları gəlmiş və onun polis şöbəsinə getməli olduğunu demişlər. O, polis əməkdaşları ilə getmək istəməmiş, ancaq polis əməkdaşları onu Polis Şöbəsinə gətirmişlər. O, əsəbi vəziyyətdə olduğuna görə qanunsuz hərəkətlərə yol vermişdir. Eyni zamanda, polis əməkdaşlarına qarşı etdiyi kobud hərəkətlərə görə onlardan üzr istəyir, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə də əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli AZ 000553 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:35-də inzibati qaydada tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 10:35-də tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 509 nömrəli tibbi müayinə protololundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:57-də müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında sərxoş vəziyyətdə qardaşı X4 yaşadığı ünvanda münaqişə yaratmış, bu səbəbdən Oğuz rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olarkən o, polis əməkdaşlarının qanuni tələblərini pozmuş, ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, əl-qol hərəkətləri ilə müqavimət göstərmiş, yumruq, təpik və başı ilə polis əməkdaşlarının xidməti avtomobilinə zərbələr vuraraq xidməti avtomobilə əyləşməkdən imtina etmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 10 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan hesablanmalı, Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilərək xx.xx.2022-ci il tarixli AZ 000553 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2022-ci il tarixdə saat 01:35-dən xx.xx.2022-ci il tarixdə saat 10:35-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 9 saat müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən saat 12:00-dan hesablansın. Şəxs xx.xx.2022-ci il tarixli AZ 000553 nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2022-ci il tarixdə saat 01:35-dən xx.xx.2022-ci il tarixdə saat 10:35-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 9 saat müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2022-ci il tarixdə saat 03:00-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar