Məhkəmə qərarları › İş №3(054)-226/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-226/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-226/2025 26.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28384922 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək barəsində EQ 28384922 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini Bakı şəhər Nəsimi Rayon Məhkəməsindən xahiş etmiş, həmçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28384922 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X2 tərəfindən verilmiş vəsatət təmin edilmişdir. X2 şikayətini əsaslandıraraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş EQ 28384922 saylı protokol əsasında İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində qərar qəbul olunmuşdur. Qərarın əsası yol nişanlarının tələblərinə əməl edilməməsi göstərilmişdir. O, mübahisələndirdiyi qərarda göstərilən inzibati xətanı törətməmişdir və qərar əsassızdır. Çünki qərarda qeyd olunan tarixdə həmin ünvanda - İsgəndərov küçəsində hərəkətdə olmamışdır. Ümumiyyətlə həmin küçə onun hərəkətdə olduğu küçə deyildir. Qanunvericiliyin tələbinə əsasən xüsusi texniki vasitələrin köməkliyi ilə aşkar edilən inzibati xətalara dair işlərdə inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və video materiallar kabinetə yerləşdirilməlidir. Qərara fotolar əlavə edilsə də, həmin fotolarda onun hansı xüsusi texniki vasitə ilə qeydə alınması, onların göstəriciləri, habelə istifadə olunmuş texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt göstərilməmişdir. Bu, elə özüözlüyündə inzibati xəta hadisəsini sübut edən materialın və aparılmış icraatın etibarsız olması anlamına gəlir. xx.xx.2025-ci il tarixli qərardan xx.xx.2025-ci il tarixdə "Asanpay" ödəniş portalı vasitəsi ilə şikayət vermiş və məsələnin onun iştirakı ilə araşdırılmasını xahiş etmişdir. İXM-nin tələblərinə əsasən (maddə 126.2 və 126.3) həmin şikayətə baxılaraq müvafiq qərar qəbul edilməli və həmin qərar da ona təqdim edilməli olduğu halda, bu günədək şikayətinə baxılmamış və ona heç bir cavab verilməmişdir. Hal-hazırda ona qarşı bu qərəzin səbəbi başadüşülən deyil. Çünki hər ay hərəkətdə olmadığı ünvanda və eyni fotolardan istifadə edilərək guya yol hərəkəti qaydalarını pozmağı ilə bağlı barəsində cərimə tətbiq edilir. Belə ki, eyni fotolardan istifadə edilməklə xx.xx.2025-ci il tarixdə də ona cərimə yazılmışdır və o həmin qərardan da şikayət vermişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi sözügedən küçə onun ümumiyyətlə istifadə etmədiyi küçədir və belə bir vəziyyətdə tərəfindən bu pozuntuya yol verilməsi tamamilə absurd bir şeydir. Ona görə də hesab edir ki, sözügedən qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir. İnzibati xəta haqqında iş üzrə qərarın qanunsuz və əsassız olması ilə bağlı dəlillər şikayətdə ətraflı şəkildə göstərilərək əsaslandırılmışdır. X3 Məcəlləsinin 8.2-ci maddəsinin tələbəri baxımından hazırki vəsiyyətdə mübahisələndirilən qərarın qanuni və əsaslı olmasını sübut etmək yükü inzibati orqanın üzərindədir. Ona görə də xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və şikayət ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 və Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28384922 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:21-də “FORD EXPLORER MİNİK” markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin Ə.İsgəndərov küçəsi ünvanında 62173B253C48FB2C nömrəli kamera vasitəsi ilə inzibati xəta hadisəsi törədilərkən fotoşəkilləri çəkilmişdir. “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 36-cı maddəsinin İİ hissəsinə əsasən yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 61-ci maddəsinin İ hissəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X2 şikayətində onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28384922 nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, qeyd olunan qərarın qanunsuz və ya əsassız olması ilə bağlı, həmin qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı sübutunu da məhkəməyə təqdim etməmişdir. Hazırki məhkəmə iclasında tədqiq olunmuş faktlarla və qeyd edilən hüquq normalarının tələbləri baxımından onun həmin qərarda göstərilən inzibati xətaya həqiqətən yol verdiyi müəyyən edilmişdir. X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 28384922 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Eyni zamanda, Ziya Abdullayev şikayətində avtomobili ilə Ə.İsgəndərov küçəsi ünvanından keçmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə xx.xx.2025-ci il tarixdə saat 17:21-də “FORD EXPLORER MİNİK” markalı ** MD *** dövlət qeydiyyat nişanlı avtomobilin Ə.İsgəndərov küçəsi ünvanında olması aşkar şəkildə görünür. X1 hazırki şikayətində qeyd etdiyi digər xüsusatlar da barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 28384922 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28384922 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə hazırki şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar