Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-23/2022 07.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs - Oğuz rayon X20 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə xx.xx.2000-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, subay, natamam ali təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx X3 barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: 20.09.2021-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində X3 ilə X21 arasında baş vermiş mübahisə zamanı X2 X16 vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi faktı üzrə Oğuz rayon X19 Qrupunun təhqiqatçısı İlkin Məmmədovun 02.11.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 05.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X20 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X17 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X3 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən hər hansı araşdırma aparmamış, yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə 02.11.2021-ci il tarixli qərara istinad etmişdir. Həmin qərarda X2 X16 qəsdən döyməsi qeyd edildiyinə görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, X21 ilə hər hansı münasibəti yoxdur. X8 Nail Yunusovun atası Feruz Yunusov arasında 2020-ci ilin sonlarında avtomobil alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, lakin sonradan razılaşma pozulmuşdur. X4 müddət ərzində çəkilən xərclərlə bağlı onlar arasında fikir ayrılığı yaranmış və Feruz Yunusov onun atasının mobil telefonuna nalayiq ifadələrdən ibarət mesajlar göndərmişdir. X13 həmin məsələni aydınlaşdırmaq üçün 20.09.2021-ci il tarixdə onunla birlikdə Oğuz rayonu Bucaq kəndinə Feruz Yunusovun yaşadığı evə getmişdir. Evin həyət qapısının qarşısında X8 Feruz Yunusov arasında mübahisə yaranmış və onlar qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Bu zaman X15 Yunusov da həmin yerə gəlmiş və o, Nail Yunusovun X13i vuracağını hissə edərək onu qucaqlayıb kənara çəkmişdir. O, Nail Yunusovu kənara çəkərkən Nail Yunusov ona müqavimət göstərdiyinə görə hər ikisi yerə yıxılmışlar. Bundan sonra Feruz Yunusov polisə zəng edərək onların barəsində şikayət etmişdir. O, Nail Yunusovu vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Nail Yunusovun bədəni üzərində aşkar edilmiş xəsarətlər onların yerə yıxılması zamanı da yaranmış ola bilər. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X21 məhkəmə iclasına gəlməmiş, təhqiqat zamanı verdiyi izahatında X3 onu vurduğuna görə ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə 02.11.2021-ci il tarixli qərarda qeyd edilmişdir ki, X3 20.09.2021-ci il tarixdə X16 vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Qeyd olunan materiala əlavə edilmiş 21.09.2021-ci il tarixli 78 nömrəli ekspert rəyində də X14 bədəni üzərində başın arxa ənsə və sol kürək nahiyəsinin qançırı kimi xəsarətlərin olduğu, həmin xəsarətlərin küt alətin (əşyaların) təsirindən 20.09.2021-ci il tarixdə törənə biləcəyi və sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aid olduğu qeyd edilmişdir. Lakin ibtidai araşdırma zamanı təhqiqat orqanı və ya inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən həmin xəsarətlərin hansı şəraitdə yetirilməyə xarakterik olduğu araşdırılmamışdır. X14 bədəni üzərində aşkar edilmiş xəsarətlərin qəsdən yetirildiyi və ya X2 qeyd etdiyi kimi, onlar yerə yıxılarkən X14 xəsarət almış ola bilməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Halbuki, X14 bədəni üzərində aşkar edilmiş, başın arxa ənsə və sol kürək nahiyəsinin qançırı kimi xəsarətlərin şəxsin arxası üstə yerə yıxılması zamanı əmələ gəlməyə xarakterik olması da istisna edilmir. Tərəflər arasında baş vermiş mübahisə zamanı X6 Yunusovu döyərək xəsarət və ya hər hansı fiziki ağrı yetirməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Allahverdi Allahverdizadə barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda da Allahverdi Allahverdizadənin hər hansı şəxsi qəsdən döyərək xəsarət və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirdiyi qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində “döymə” dedikdə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə nəzərdə tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X1 Nail Feruz oğluna qarşı döymə və sair zorakı hərəkətlərlə müşayiət olunan, qəsdən fiziki ağrı yetirməyə yönələn hərəkətlər etməmişdir. Onun X9 Yunusov arasında baş vermiş mübahisə zamanı tərəfləri ayırmağa çalışarkən və mübahisəyə qoşulmuş Nail Yunusovu kənara çəkərkən ehtiyatsızlıqdan sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirilməsinə səbəb olması isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilmə kimi qiymətləndirilə bilməz. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barədə 05.01.2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-23/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-23/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver