Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-232/2024 15.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1999-cu il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. Qərarlar üzrə icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarları qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin növlərini müəyyən edən 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin növləri sırasında inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma və ictimai işlər daha ağır inzibati tənbeh növlərinə aid olduğundan qanunvericilik həmin tənbeh növlərinin nəzərdə tutulduğu inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab etmişdir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, bununla da qanunvericilik daha ağır inzibati tənbeh növlərinin tətbiqi mümkün olduğu hallarda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz hüquq və vəzifələrindən istifadə edərək inzibati xəta haqqında protokolun məzmunu barəsində mülahizələrini təqdim etmək, etirazlarını irəli sürmək imkanlarının mütləq şəkildə real olmasını nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə olan işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmalıdır. Lakin hazırki işdən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə məhkəməyə verilsə də, onun hazırki maddə ilə inzibati məsliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbehin, yəni ictimai işlər inzibati tənbehinin tətbiq olunmaq imkanı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi barədə qərardad çıxarılır. İctimai işlər inzibati tənbehinin nəzərdə tutulduğu inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılması qanunvericilikdə nəzərdə tutulmadığı kimi, inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmış şəxsin məhkəməyə məcburi şəkildə gətirilməsi də qanunvericiliyin tələbinə uyğun deyildir və həmin şəxsin qanunvericilikdə nəzərdə tutulan hüquqlarının qorunması baxımından da məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyinin məqsədi, onun vəzifələri və prinsipləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi maddi, mənəvi və fiziki məhrumiyyətlərə düçar etmək deyil, törədilmiş inzibati xətaya görə inzibati tənbeh tədbiri tətbiq etməklə, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətalara dair işlərin icraatı üzrə qanunvericilikdə maddi hüquq normalarının tətbiqi ilə yanaşı, prosessual hüquq normalarının tələblərinin tətbiq edilməsi, ilk növbədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prosessual hüquqlarının müdafiəsi xarakteri daşımaqla həmin şəxsin qanunla qorunan mənafeyinə xidmət edir. Qanunvericiliyin bununla bağlı normaları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati icraatda iştirakını təmin etməklə onun barəsində hər hansı məcburetmə tətbirinin tətbiqini deyil, həmin şəxsin öz prosessual hüquqlarından daha asan və sərbəst şəkildə istifadə etməsinə zəmin yaratmaq imkanlarının reallaşdırılmasını nəzərdə tutur. Məhkəmə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə hazırda Şəxs inzibati məsuliyyətə cəlb edilməsi zərurəti qalmadığını və buna hər hansı əsas da olmadığını, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan da iş üzrə tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma aparılaraq yekun qərar qəbul edilməsinə hər hansı maneə olmadığını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı üzrə xx.xx.2021-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı üzrə xx.xx.2021-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı üzrə xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İXM-nin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə müvafiq olaraq 200 (iki yüz), 200 (iki yüz) və 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Həmin qərarlar icraya yönəldikdən sonra Oğuz rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2021-ci il, xx.xx.2021-ci və xx.xx.2023-cü il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs məhkəmənin icraya yönəldilmiş qərarını icra etmədiyinə görə onun barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı üzrə icraata başladıqdan 3 il 5 ay 2 gün sonra, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı üzrə icraata başladıqdan 3 il 2 ay 6 gün sonra, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı üzrə icraata başladıqdan 8 ay 7 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Oğuz rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Halbuki, İXM-in 150.9-cu maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində icra olunmadıqda, icra məmuru bu İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərməli idi. Hazırki halda İXM-in 150.9-cu maddəsində nəzərdə tutulmuş müddətlər pozulmuş və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6-cı və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. X1 Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 105-ci maddələrinin tələbləri baxımından Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi və Şəxs inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-232/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-232/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver