Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-235/2025 27.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağım YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Kəlbəcər rayonu Keştək kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki Oğuz rayonu Calut kəndində yaşayan, evli, işsiz, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2025-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 117-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağımının əməkdaşı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs özünə məxsus iribuynuzlu heyvanları asfalt yolla ötürməklə yol hərəkəti qaydalarını pozmuş, Zərərçəkmiş şəxs idarə etdiyi “LEXUS LX470 MİNİK” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə iribuynuzlu heyvanları vurmuş, nəticədə “LEXUS LX470 MİNİK” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edən şəxs - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağım YPX inspektoru, polis baş serjantı X2 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə məlumat əsasında yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə - Oğuz rayonu Calud-1 qəsəbəsi adlanan yerə gəlmişdir. Həmin vaxt Şəxs hadisə yerində görmüşdür. Qeyd olunan ərazidə olarkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs idarə etdiyi “LEXUS LX470 MİNİK” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs məxsus üç baş iribuynuzlu malı vurmuş, mallardan ikisi hadisə yerində ölmüşdür. Yol nəqliyyat hadisəsi barədə sxem tərtib edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “LEXUS LX470 MİNİK” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəydiyinə görə inəyin sahibi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında məhkəməyə göndərdiyi izahatın məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan iribuynuzlu heyvanlarını otlaq sahəsindən gətirdiyi zaman Zərərçəkmiş şəxs məxsus etdiyi “LEXUS LX470 MİNİK” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Oğuz rayonu Calud-2 qəsəbəsində - sürət həddi 60 km/saat sürət müəyyən edilmiş yerdə 130- 140 km/saat sürətlə gələrək saat 20:20-də onun qarşısındakı 3 baş iribuynuzlu heyvanını yolda vuraraq tələf etmişdir. Onun göstərdiyi səylərə, yəni əlindəki fanarla qarşısında mal olduğunu bildirməsinə baxmayaraq Zərərçəkmiş şəxs heyvanları vurmuşdur. Zərərçəkmiş şəxs heyvanları vurduqdan sonra onun xəsarət alıb-almadığını yoxlamaq üçün avtomobilə tərəf getmişdir. Bu zaman sürücü avtomobildən enərək ona qarşı nalayiq ifadələr işlətmiş, müqavimət göstərmiş və günahını onun üzərinə atmağa başlamışdır. Bu zaman hadisə yerinə YPX-nin əməkdaşı Qurban adlı şəxs gəlmiş və Zərərçəkmiş şəxs sürət həddini aşdığı, qəza şəraitinin qarşısını alması üçün heç bir səy göstərmədiyi aşkar olunmuşdur. Bundan sonra o, polis əməkdaşı ilə birlikdə Şəki postuna getmiş və orada deyilənləri yazmağı tələb edilmiş, sürücünün günahkar olduğu bildirilmişdir. Hadisə zamanı ona 9000 manatlıq ziyan dəymişdir. O, haqqın öz yerini tapmasını istəyir. O və ailə üzvləri heç bir yerdə işləmirlər və qazancları yoxdur. Ailənin tək dolanacaq mənbəyi heyvanlar olmuşdur, lakin hazırda onlar da tələf olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, “LEXUS LX470 MİNİK” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə idarə etdiyi avtomobillə saat 20:50 radələrində Oğuz rayonu Calud-2 qəsəbəsi ərazisində hərəkətdə olarkən qəfildən heyvan sürüsü asfalt hissəyə, yəni onun idarə etdiyi avtomobilin, qarşısına çıxmışdır. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. O, əyləci basmış, ancaq inəklər qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığına görə avtomobili saxlaya bilməmiş və 3 baş inəyi vurmuşdur. O, saat 20:54-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng etmiş, 5 dəqiqə sonra PPX əməkdaşları, 15 dəqiqə sonra YPX əməkdaşı, 20 dəqiqə sonra isə inəklərin sahibi Şəxs hadisə yerinə gəlmişdir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 93004280 seriya nömrəli alkotesterin xx.xx.2025-ci il tarixli qəbzindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə tibbi müayinədən keçirilərkən onun sərxoş olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, LEXUS LX470 MİNİK” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil 3 baş inəyi asfalt yolun ortasında vurmuş, zərbənin təsiri ilə yol kənarına sürüşmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 22 nömrəli arayışdan müəyyən edilir ki, “LEXUS LX470 MİNİK” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 6830 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mal-qaranın yolda nəzarətsiz qoyduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan cərimənin aşağı həddə - 100 (yüz) manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağımı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğdə inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-235/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-235/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver