Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-237/2025 26.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Hüquqi şəxs “X1” MMC barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs “X1” MMC-nin Oğuz rayon Polis Şöbəsinin tələb olunan sorğuya 5 gün müddətində cavab verməməsi faktı üzrə Oğuz rayon Polis Şöbəsi tərəfindən “X1” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1” MMC-yə və inzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Oğuz rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat bildirilməsinə baxmayaraq həmin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəblərini bildirməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə “X1” MMC-yə məxsus “BMW X-5 MİNİK” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin avtomobillə Bakı, Əhməd Rəcəbli, 31 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Oğuz rayon Polis Şöbəsi tərəfindən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüquququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan məsuliyyət izah edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, “X1” MMC-yə ünvanlanmış bildirişi Kənan Həmidzadə adlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə imza edilərək qəbul edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Oğuz rayon Polis Şöbəsi tərəfindən hüquqi şəxs “X1” MMCyə müraciət edilərək xx.xx.2025-ci il tarixdə Bakı, Əhməd Rəcəbli, 31 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi güman edilən “BMW X-5 MİNİK” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumatların təqdim edilməsi tələb edilmişdir. Lakin “X1” MMC tələb edilən sürücü barədə məlumatı təqdim etməmişdir. Oğuz rayon Polis Şöbəsinin məktubu ilə tələb edilən məlumatların hüquqi şəxs “X1” MMC tərəfindən Oğuz rayon Polis Şöbəsinə təqdim edilməməsi iş materialları ilə də təsdiq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hüquqi şəxs “X1” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs “X1” MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs “X1” MMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs “X1” MMC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxs “X1” MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq hüquqi şəxs “X1” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs “X1” MMC xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-237/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-237/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver