Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-238/2023 30.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X2, Oğuz rayon X8 Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, m ü ə y y ə n e t d i m: X1 rayon X8 Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xətta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X3 hazırki şikayəti geri qaytarılmalıdır. Belə ki, X6 onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, qərarın nömrəsini şikayət ərizəsində qeyd etməmiş, qərarı şikayət ərizəsinə əlavə etməmiş, həmin qərarı əldə etmək üçün müvafiq orqana müraciət etmiş olduğunu, lakin qərarın ona təqdim edilmədiyini təsdiq edən rəsmi sənədləri də məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydalarını müəyyən edən 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şikayət ərizəsinin məzmunu və ona əlavə edilməli olan sənədlərin siyahısına dair tələblər nəzərdə tutulmasa da, məzmunundan da göründüyü kimi, mübahisə predmeti səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olmaqla, həmin qərarın işə əlavə edilməsi vacib olduğundan və bu qərarın “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilməsi də mümkünsüz olduğundan qərardan şikayət verən şəxsin həmin qərarı iş materiallarına əlavə etməsi işə mahiyyəti üzrə baxılması üçün vacibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, X6 mübahisələndirdiyi inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı şikayət ərizəsinə əlavə etmədiyindən şikayət geri qaytarılmalı, X4 onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı müvafiq orqandan əldə etdikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 109-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Oğuz rayon X8 Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xətta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-238/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-238/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver