Məhkəmə qərarları › İş №3(054)-241/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-241/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-241/2025 01.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Oğuz rayon Sincan Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Oğuz rayon Sincan Bələdiyyəsi-nin elektron müqaviləyə keçidlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 425 nömrəli Qərarının icrasının təmin edilməsi üçün göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-97849/2025 saylı icrası məcburi göstəriş məktubunun icrasının təmin edilməməsi faktı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən Oğuz rayon Sincan Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon Sincan Bələdiyyəsinin barəsində inzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Oğuz rayon Sincan Bələdiyyəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-97849/2025 saylı məktubundan görünür ki, Oğuz rayon Sincan Bələdiyyəsinə məktub göndərilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsi ilə aparılan yoxlanış zamanı əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesinin yekunlaşdırılmadığının müəyyən edildiyi bildirilmiş, qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesini xx.xx.2025-ci il tarixədək icra edib nəticəsi barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda, məktubda qeyd olunan tarixədək əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməzsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı izah edilmişdir. Qeyd olunan bildiriş Qeyd olunan bildiriş Oğuz rayon Sincan Bələdiyyəsinin şəxsi kabinetinə yerləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz rayon Sincan Bələdiyyəsinə məktub göndərilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsi ilə aparılan yoxlanış zamanı əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesinin yekunlaşdırılmadığının müəyyən edildiyi bildirilmiş, qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesini xx.xx.2025-ci il tarixədək icra edib nəticəsi barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda, məktubda qeyd olunan tarixədək əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməzsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı izah edilmişdir. Lakin Oğuz rayon Sincan Bələdiyyəsi həmin göstərişə əməl etməmiş, əmək müqavilələri elektron formada tərtib edilməmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025ci il tarixli 3-17-5/2-97849/2025 nömrəli məktubu ilə tələb edilən məlumatı da təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi əsası ilə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Oğuz rayon Sincan Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Oğuz rayon Sincan Bələdiyyəsi barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Oğuz rayon Sincan Bələdiyyəsi tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3-540.5, 541-544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur; Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir; Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Həmin Məcəllənin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Məhkəmə, həmçinin eyni inzibati xətanın Oğuz rayon Sincan Bələdiyyəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarının olmamasını nəzərə alaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsini, əlavə vaxtın tələb olunması baxımından hüquqpozmanın aradan qaldırması üçün 2 (iki) ay müddətin müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Oğuz rayon Sincan Bələdiyyəsi İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, İXM-in 116.1-ci maddəsinə əsasən Oğuz rayon Sincan Bələdiyyəsinə həmin Məcəllənin 539.1-1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilməli və Oğuz rayon Sincan Bələdiyyəsinə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilməli, Oğuz rayon Sincan Bələdiyyəsinə İXM-in 116.4-cü maddəsinin tələbləri izah edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Oğuz rayon Sincan Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Oğuz rayon Sincan Bələdiyyəsi-yə həmin Məcəllənin 539.1-1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin və Oğuz rayon Sincan Bələdiyyəsinə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 2 (iki) ay müddət təyin edilsin. Oğuz rayon Sincan Bələdiyyəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinin tələbləri izah edilsin. Qərardan 10 gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar