Məhkəmə qərarları › İş №3(054)-247/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-247/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-247/2024 25.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki Gəncə şəhəri, Peşə liseyinin yanı ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində olan cinayət işi ilə bağlı Tərtər Hərbi Məhkəməsinin 1 (098) - 234 / 2016 nömrəli hökmü üzrə mülki iddia tələbi təmin edilərək cavabdeh Şəxs cəmi 17.964,98 manat tutularaq zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin hesabına, 398,43 manat məbləğdə məhkəmə məsrəfinin (ekspertiza xərci) tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Hökm qanuni qüvvəyə mindikdən sonra 24 fevral 2017-ci il tarixli 1 (098) - 234 / 2016 nömrəli icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Oğuz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Tərtər Hərbi Məhkəməsinin 1 (098) - 234 / 2016 nömrəli hökmü üzrə mülki iddiaya dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmişdir. Borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu Tərtər Hərbi Məhkəməsinin 1 (098) - 234 / 2016 nömrəli hökmü üzrə mülki iddiaya dair icra sənədinin icrası ilə əlaqədar indiyədək heç bir ödəniş etməmişdir. Borclu icra məmurunun çağırışlarına da gəlməmiş, bu səbəbdən onun barəsində axtarış elan edilmiş, borclu polis əməkdaşları vasitəsilə icra qurumuna gətirilmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasını təmin etmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o hazırda işsizdir və daimi gəlir mənbəyi yoxdur. Eyni zamanda, ona borcundan ödəniş edə bilməsi üçün uzun müddət hər hansı hesab nömrəsi verilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə hesab nömrəsini əldə etmişdir. Bu səbəbdən o borcundan heç bir ödəniş edə bilməmişdir. O ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Hazırda da maddi imkansızlıq üzündən tələbkara olan borcun ödənilməsində çətinlik çəkir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu yenicə borcun ödənilə bilməsi üçün hesab nömrəsi əldə etmişdir. Hazırda tələb edilən məbləğ də hədsiz yüksəkdir və bir dəfəyə ödənilməsi qeyri-mümkündür. Eyni zamanda borclu ailəlidir və himayəsində azyaşlı övladları vardır. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin nümayəndəsi hazırki protokol ilə bağlı icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, borclu Şəxs Tərtər Hərbi Məhkəməsinin 1 (098) - 234 / 2016 nömrəli hökmü üzrə mülki iddiaya dair icra sənədi üzrə tələbkara olan 17.964,98 manat borc məbləğindən və 398,43 manat məbləğdə məhkəmə məsrəfindən indiyədək heç bir ödəniş etməmişdir. Eyni zamanda borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, tələbkara ödənilməli olan borcun miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 12 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 18:30-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 18:30-da başa çatmış hesab edilsin. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar