Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-247/2025 05.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, evli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs1 cavabdeh Şəxs qarşı cavabdehdən borca görə 42000 manat pulun alınıb verilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 90 / 2024 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs borca görə 42000 (qırx iki min) manat pul, 217 (iki yüz on yeddi) manat dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı Zərərçəkmiş şəxs2 cavabdehlər Şəxs, X1 və X3 qarşı cavabdehlərdən borc pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 185 / 2024 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs 28780 (iyirmi səkkiz min yeddi yüz səksən) manat pul və 176,34 (bir yüz yetmiş altı manat otuz dörd qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi, iddia tələbinin X1 və X3 aid hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 90 / 2024 nömrəli və xx.xx.2024cü il tarixli 2 (054) - 185 / 2024 nömrəli qətnamələrinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar çağırışlara gəlib müəyyən qədər ödənişlər etsə də, onun hazırda tələbkara cəmi 59863 manat ödənilməmiş borcu qalmışdır. Borclu protokol tərtib edildikdən sonra 800 manat ödəniş etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmamışdır. O, icra məmurunun çağırışlarına həmişə getmişdir. Eyni zamanda o, tələbkarlara 10000 manatdan artıq məbləğdə ödəniş etmişdir. Protokol tərtib edildikdən sonra da Zərərçəkmiş şəxs1 800 manat ödəniş etmişdir və xx.xx.2025-ci il tarixədək də müəyyən qədər ödənişlər edəcəkdir. Tələbkar Zərərçəkmiş şəxs2la da razılığa gəlmişdir və gün ərzində 200 manat ödəniş edəcəkdir. Tələb edilən məbləğlər kifayət qədər yüksək məbləğ olduğundan onun hazırda borcunu tam şəkildə ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini, ona borclu olan Şəxs ən azı borcdan 15-20 min manat ödəməsini bildirmiş, ona borclu olan Şəxs ən azı borcdan 15-20 min manat ödəməsini, əks halda onun həbs edilməsini xahiş etmişdir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini bildirmiş, əks halda onun həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 90 / 2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2 (054) - 185 / 2024 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədi üzrə tələbkara cəmi 59063 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, Şəxs icra sənədlərini tam şəkildə icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, tələb edilən məbləğin kifayət qədər yüksək olmasını, onun mütəmadi ödənişlər etməsini, həmçinin icra məmurunun çağırışlarından yayınmamasını, habelə hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-247/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-247/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver