Məhkəmə qərarları › İş №3(054)-248/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-248/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-248/2024 05.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə X1 Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 məhkəməyə müraciət edərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında daimi qeydiyyatdadır və orada yaşayır. xx.xx.2024-cü il tarixdə ünvan 1 poçtuna onun adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir şəhər Polis Şöbəsindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş protokol (MN 1316356) gəlmişdir. O, xx.xx.2024-cü il tarixdə oğluna məxsus “Ford Transit” markalı avtomobil ilə gətirdiyi bir neçə çuval kömürü yük sahibinin obyektinə boşaldarkən bir neçə PPX əməkdaşı ona yaxınlaşmış və əsassız ittihamlar irəli sürmüşlər. Daha sonra anlamadığı bir səbəbdən onu kobudluqla Mingəçevir şəhər Polis Şöbəsinə gətirmişlər. Onun 2-ci qrup Qarabağ əlili olmasına və səhhətinin yaxşı olmamasına məhəl qoymayaraq onu xüsusi kobudluqla saxlamış və yaxınlarına xəbər verməyə icazə verməmişlər. xx.xx.2024-cü il tarixdə onu məhkəməyə çıxaracaqlarını desələr də bunu etməmişlər. Onun və ailə üzvlərinin dəfələrlə məhkəməyə çıxarılma tələblərinə məhəl qoymayaraq, təxminən, 20-24 saat onu saxlamışlar. Onlar dəfələrlə Azərbaycan Respublikası DİN orqanlarına şikayət etdikdən sonra ona heç bir cərimə olunmayacağını və bir izahat yazaraq gedə biləcəyini demişlər. O, izahat yazdıqdan sonra onu azadlığa buraxmışlar. O, cərimə olunduğunu yalnız protokol ona gəlib çatanda anlamışdır. Hesab edir ki, o, inzibati pozuntu törətməmişdir. İnzibati xətanı törətdiyi sübut olunarsa, o inzibati məsuliyyət daşımağa hazırdır. Qeyd olunan əsaslara görə onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X2 məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin iştirakı olmadan baxılmasını qərara almışdır. Mingəçevir şəhər Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, inzibati xəta haqqında protokolun tərtib edilməsi, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutlar tələb edilməsinə baxmayaraq, həmin sənədlər və ya digər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Mingəçevir şəhər Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X1 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edildiyi qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. X2 hazırki şikayətində Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini həmin maddədə nəzərdə tutulan inzibati xətaya yol verməməyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən isə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, həmin protokolda X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd edilsə də, inzibati tənbeh vermə haqqında qərarda həmin şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin konkret olaraq hansı əməldə ifadə olunması öz əksini tapmamışdır. X1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəlləin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetirilmədiyindən, hazırki iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından X1 barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. X1 qeyd edilən inzibati xətanı törədib-törətməməsi məsələsi dəqiq müəyyən edilməli olduğundan onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qanunvericiliyin tələblərinə istinad edilməklə qərar qəbul edilməsi üçün inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Mingəçevir şəhər Polis Şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar