Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-249/2024 26.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində Oğuz şəhəri ərazisində ictimai yerdə ucadan səs-küy salması, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə 11:40 radələrində Oğuz rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olarkən Şəxs küçədə ucadan səs-küy saldığını görmüş və onu nizam-intizama dəvət etməyə çalışmışlar. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə onun barəsində qanuni tədbir görülməsi üçün Oğuz rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra isə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Oğuz şəhərində ailə üzvləri ilə birlikdə un məmulatları hazırlayıb onların satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə müştərilərdən biri çörək sifarişi vermiş, sonradan isə zəng edərək sifarişi istəmədiyini bildirmişdir. O da buna əsəbiləşərək uca səslə həmin şəxslə danışmağa başlamışdır. Lakin bu zaman söyüş və ya hər hansı digər nalayiq ifadələr işlətməmişdir. Bir qədər sonra isə polis əməkdaşları ona yaxınlaşaraq onlarla Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O əvvəlcə buna ehtiyac olmadığını bildirsə də, sonradan könüllü şəkildə polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. O, xuliqanlıq hərəkətləri etməmiş və polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində izahat verən Oğuz rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində digər polis əməkdaşı ilə birlikdə xidmətdə olduğu zaman sonradan adını bildiyi Şəxs Oğuz şəhəri ərazisində ictimai yerdə mobil telefonla danışarkən ucadan səs-küy saldığını görmüş, onu-nizam intizama dəvət etməyə çalışmışlar, o isə buna məhəl qoymamışdır. Lakin həmin vaxt Şəxs nalayiq ifadələr işlətməsinin və ya ictimai qaydanı pozan hər hansı hərəkətə yol verməsinin şahidi olmamışdır. Eyni zamanda Şəxs əvvəlcə Polis Şöbəsinə getməyə tərəddüd etsə də, sonradan könüllü şəkildə onlarla birlikdə getmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:05-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:15-də tutulmadan azad edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində Oğuz şəhəri ərazisində ictimai yerdə ucadan səs-küy saldığı və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə əsəbi halda yüksək səslə telefonla danışmaqla hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Şəxs hər hansı şəxsi söyüb təhqir etməsi, nalayiq ifadələr işlətməsi və ya ictimai qaydanı pozan digər hər hansı hərəkətə yol verməsi isə iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmin fakt məhkəmə iclasında işdə iştirak edən şəxslərin və şahidin ifadəsi ilə də təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində “xırda xuliqanlıq” dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəzərdə tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, hər hansı şəxsə qarşı digər qanunsuz hərəkətlər etməmişdir. Onun yüksək səslə telefonla danışması ictimai qaydanın pozulması və xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxs xx.xx.2024-cü il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, o, polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getməyə ehtiyac olmadığını bildirsə də, sonradan könüllü şəkildə onlarla birlikdə getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən həmin maddələrlə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-249/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-249/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver