Məhkəmə qərarları › İş №3(054)-25/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-25/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-25/2022 07.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1967-ci il tarixdə Oğuz rayon Bucaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: 20.09.2021-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində Şəxs ilə X4 arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şəxs X2 vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi faktı üzrə Oğuz rayon X7 Qrupunun təhqiqatçısı İlkin Məmmədovun 02.11.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 05.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, X4 onun tanışıdır və onların normal münasibətləri vardır. 2020-ci ilin sonlarında onlar arasında avtomobil alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, lakin sonradan razılaşma pozulmuşdur. Avtomobilin onda qaldığı müddət ərzində çəkilən xərclər Mustafa Allahverdiyev tərəfindən tam şəkildə ödənilmədiyinə görə aralarında narazılıq yaranmışdır. Mustafa Allahverdiyev onun telefon zənglərinə cavab vermədiyi üçün o, Mustafa Allahverdiyevin mobil telefonuna mesaj göndərərək pulunu istəmişdir. 20.09.2021-ci il tarixdə X3 Allahverdizadə ilə birlikdə Oğuz rayonu Bucaq kəndinə onun yaşadığı evin qarşısına gələrək onu küçəyə çağırmışdır. Həyət qapısının qarşısında Mustafa Allahverdiyevlə aralarında mübahisə yaranmış və bu vaxt Mustafa Allahverdiyev onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra o da Mustafa Allahverdiyevi vurmuşdur. Sonradan o, Mustafa Allahverdiyevdən üzr istəyərək onunla barışmış və Mustafa Allahverdiyev də onu bağışlamışdır. O, etdiyi hərəkətə görə özünü təqsirli sayır və əməlindən səmimi peşman olmuşdur. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Bucaq kəndində yaşayır və Şəxs onun tanışıdır. 2020-ci ilin sonlarında onlar arasında avtomobil alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, lakin sonradan razılaşma pozulmuşdur. Avtomobilin Şəxs qaldığı müddət ərzində çəkilən xərclərlə bağlı aralarında fikir ayrılığı yaranmış və Şəxs onun mobil telefonuna nalayiq ifadələrdən ibarət mesajlar göndərmişdir. O, həmin məsələni aydınlaşdırmaq üçün 20.09.2021-ci il tarixdə oğlu Allahverdi Allahverdizadə ilə birlikdə Oğuz rayonu Bucaq kəndinə Şəxs yaşadığı evə getmişdir. Evin həyət qapısının qarşısında Şəxsla aralarında mübahisə yaranmış və bu zaman onlar qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Mübahisə onunla Şəxs arasında olmuş, oğlu Allahverdi Allahverdizadə heç kimi vurmamış, əksinə, onları ayırmağa çalışmışdır. Şəxs sonradan ondan üzr istədiyinə görə o, Şəxsla barışmış və onu bağışlamışdır. Onun hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 20.09.2021-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində Şəxs ilə X4 arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Şəxs X2 vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə onu qəsdən döymüşdür. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X4 ilə barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110- 115-ci-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədə 05.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar