Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-263/2025 29.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Musayev Kamran İbrahim oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X2 nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən "Oğuz” restoranında formalaşan tullantı suların kənara, restoranın yanından keçən Dəymədağlı-Tərkeş arxının mühafizə zonasına, oradan da arxın içərisinə axıdılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan-Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X2 nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayonu Qumlaq kəndində xx.xx.2025ci il tarixdə monitorinq keçirilən zaman Şəxs istifadəsində olan obyektdə tullantı sularının kənara təyinatsız axıdıldığı aşkar olunmuşdur. Şəxs regional bölməyə dəvət edilmiş, lakin o, gəlməmişdir. Bundan sonra isə müvafiq akt tərtib edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə bölməyə gəlmiş, lakin izahat verməkdən imtina etmişdir. Tullantı sularının kənara təyinatsız axıdılması faktı əsasında araşdırma aparılmış və Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xətanının videogörüntüləri də diskə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən "Oğuz” restoranında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Restoranının yanından axan arx Sincan və Tərkeş kəndlərindən keçir və restorana qədər olan uzunluğu 10 km təşkil edir. O, restoranın yanında 4 metr dərinliyində su axıdılması üçün quyu qazmışdır. Restoranda ancaq çay verilir. Mətbəxdən axan su da həmin quyuya gedir, lakin quyu şişib axıntı vermişdir. Onun cəriməni ödəməyə maddi imkanı yoxdur . Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X3 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsi baş verərkən qeydə alınan görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən "Oğuz” restoranında formalaşan tullantı suların kənara, restoranının kənarından keçən arxa axıdılır. İş materiallarına əlavə edilmiş, güman edilən inzibati xəta hadisəsilərinin baş verdiyi yerin fotoşəkillərinə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu restoranda tullantı sularının kənara təyinatsız axıdıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yaşayan Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Oğuz rayonu Sincan kəndi ərazisində yerləşən "Oğuz” restoranında formalaşan tullantı suların kənara, restoranın yanından keçən Dəymədağlı-Tərkeş arxının mühafizə zonasına, oradan da arxın içərisinə təyinatsız şəkildə axıtmışdır. Qeyd olunan hal inzibati xəta haqqında protokol, işdə olan sənədlər və videogörüntü ilə öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 12 saylı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Musayev
Məhkəmə qərarları › İş №3(054)-263/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-263/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver