Məhkəmə qərarları › İş №3(054)-264/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-264/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-264/2025 15.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Musayev Kamran İbrahim oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərər çəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuş, Oğuz rayonu Bucaq kəndində qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, evli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 226 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 464 manat məbləğin tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (054) - 338 / 2025 nömrəli qətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Şəxs X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində (hər uşaq üçün ayrı-ayrılıqda) sabit pul məbləğində aliment tutulması, aliment tutularkən Oğuz Rayon Məhkəməsinin 16(054)-8/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulmuş alimentin məbləğinin nəzərə alınması qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Həmin icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2025-ci il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 226 / 2021 nömrəli və xx.xx.2025-ci il tarixli 2 (054) - 338 / 2025 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışlarına da vaxtlıvaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Alimentə dair icra sənədi üzrə borclunun atası xx.xx.2025-ci il tarixdə 720 manat, xx.xx.2025-ci il tarixdə isə 240 manat ödəniş etmişdir və hazırda borclunun tələbkar X3 1600 manat, "xxxx" MMC-yə isə 424 manat olmaqla cəmi 2024 manat borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir. O, Bakı şəhərində kirayədə qalaraq təsadüfi işlərdə çalışır və günəmuzd qazanc əldə edir, lakin hər gün iş olmur. O, Bakı şəhərində yaşadığı üçün də icra məmurlarının çağırışlarına gələ bilməmişdir və bugün saat 11:00 radələrində polis əməkdaşları onu tutaraq Oğuz rayon Polis Şöbəsinə, daha sonra isə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirmişlər. Onun hazırda tələbkarlara cəmi 2024 manat borcu yaranmışdır. Onun hazırki vəziyyətdə borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, lakin ayın sonuna qədər vaxt verilərsə borcundan təxminən 800-850 manat ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, borclu aliment borcunu ödəmir, borclunun hazırda ona 1600 manat gecikdirilmiş aliment borcu vardır. O özü hazırda işləmədiyindən xəstə uşağına baxa bilmir, buna görə də, həmin məbləğin ödənilməsini tələb edir, borclu isə aliment borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, borclunun bu günə icra sənədi üzrə qalıq borcu 424 manat təşkil edir. Borclu Şəxs İcra Şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icrası ilə bağlı müddət verilməsinə baxmayaraq, borclu bu günədək icra sənədi üzrə tələbi tam şəkildə icra etməmişdir. Borclu icra məmurunun qanuni tələblərini icra etmədiyindən Azərbaycan Respublikası İXM-nin 528.1 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi zərurəti yaranmışdır. İcra Şöbəsi tərəfindən sözügedən borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılıması üçün Oğuz Rayon Məhkəməsinə təqdim edilmişdir, lakin işləri ilə bağlı və hal-hazırda digər ərazidə olduğuqlarından sözü gedən prosesdə iştirak edilməsi mümkün deyildir. Odur ki, yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İcra Şöbəsi tərəfindən verilmiş inzibati xəta haqqında protokola onların iştirakı olmadan baxılmasını və icra məmuru tərəfindən verilmiş inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 226 / 2021 qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi cəmi 464 manat məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına, məhkəmənin xx.xx.2025ci il tarixli 2 (054) - 338 / 2025 nömrəli qətnaməsinə əsasən hər ay hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində (hər uşaq üçün ayrıayrılıqda) sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Həmin icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və bir icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə borclu müəyyən qədər ödəniş etmiş və hazırda tələbkarlara cəmi 2024 manat ödənilməmiş borcu qalmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, Polis Şöbəsinin çağırışı ilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə könüllü şəkildə gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını və ödənilməli olan borcun məbləğini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2025-ci il tarixdə 11:00 radələrində polis əməkdaşları tərəfindən Oğuz rayon Polis Şöbəsinə gətirilmiş, sonra isə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək onun azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdə 11:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan – xx.xx.2025-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar