Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-269/2024 28.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Oğuz rayon Polis Şöbəsinin tələb olunan sorğuya 5 gün müddətində cavab verməməsi faktı üzrə Oğuz rayon Polis Şöbəsi tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz rayon Polis Şöbəsi tərəfindən hüquqi şəxsə ünvanlanmış məktub bilavasitə ona çatmamış, müəssisənin yerləşdiyi yer üzrə İcra Nümayəndəliyi tərəfindən həmin məktub barədə ona məlumat verilmişdir. O, Oğuz rayon Polis Şöbəsi tərəfindən tələb edilən məlumatları həmin İcra Nümayəndəliyinə göndərmiş və məlumatların Polis Şöbəsinə çatdırılacağını güman etmişdir. Onun iş fəaliyyətində ilk dəfədir ki, belə bir hal baş verir. Eyni zamanda, müəssisə uzun müddətdir ki fəaliyyət göstərmir və balansında pul vəsaiti də yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Oğuz rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat bildirilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəblərini bildirməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus “SAZ 350701” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin avtomobillə Qaraməryəm- İsmayıllı-Şəki yolunun 118-ci km-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Oğuz rayon Polis Şöbəsi tərəfindən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüquququna malik fiziki şəxs barədə məlumat ( adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan məsuliyyət izah edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Rayon İcra Hakimiyyəti başçısının Padar İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-68-15/2-26/2024 nömrəli məktubdan görünür ki, Oğuz rayon Polis Şöbəsinin Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubun məzmunu barədə İcra Nümayəndəliyi tərəfindən X2 məlumat verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Oğuz rayon Polis Şöbəsi tərəfindən hüquqi şəxs Şəxs ASCyə müraciət edilərək xx.xx.2023-cü il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 118-ci km-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi güman edilən “SAZ 350701” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumatların təqdim edilməsi tələb edilmişdir. Lakin Şəxs ASC tələb edilən sürücü barədə məlumatı təqdim etməmişdir. Oğuz rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə tələb edilən məlumatların hüquqi şəxs Şəxs ASC tərəfindən Oğuz rayon Polis Şöbəsinə təqdim edilməməsi iş materialları ilə, eyni zamanda, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri X1 özünün məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs ASC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs Şəxs ASC xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-269/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-269/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver