Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-27/2025 13.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1969-cu il tarixdə Oğuz rayonu Tayıflı kəndində anadan olmuş, Oğuz rayonu Şirvanlı kəndində qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Şirvanlı kənd sakini X2 həyətyanı sahəsinə əxlaqsız sözlər yazılmış kağız parçaları atması, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X11 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X4 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək Şəxs barəsində etdiyi şikayət əsasında onun tərəfindən araşdırma aparılmışdır. Toplanmış material üzrə araşdırma zamanı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Şirvanlı kəndində yaşayır. X3 onun qonşusudur. Onun qonşuları ilə mehriban münasibəti və gediş-gəlişləri mövcuddur. Altunay İbrahimovanın yaşadığı evin həyətinə sözlər yazılmış kağızları o atmışdır. O, səhv etdiyini başa düşmüşdür. O, əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X8 izahat verərək bildirdi ki, o, Oğuz rayonu Şirvanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X1 təxminən 1 ay əvvəl yaşadıqları evin həyətyanı sahəsinə kiminsə əxlaqsız ifadələr yazılmış kağız parçasını tulladığını bildirmiş və həmin kağız parçasını ona göstərmişdir. O, əvvəlcə sərxoş halda olan bir şəxsin bunu etdiyini düşünmüş, lakin eyni məzmunlu kağız parçaları 2 gün sonra yenidən onların həyətinə atılmışdır. Bundan sonra o, həmin şəxsi tapmaq üçün ərazini yoxlamış, bundan bir nəticə əldə etmədikdə isə kamera quraşdırmaq qərarına gəlmişdir. Kamera ilə qeydə alınmış videogörüntülərə baxış keçirən zaman kağız parçaları atan şəxsin Şəxs olduğunu görmüşdür. O, Azərbaycan Respublikası DİN “102” xidmətinə bu barədə məlumat vermişdir. O, həmin şəxslə qonşudur və əvvəl aralarında hər hansı bir düşmənçilik münasibəti olmamışdır. Şəxs bu cür hərəkətləri ilə onları narahat etdiyindən hazırda da ondan şikayətçidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 20:00-da tutulmadan azad edilmişdir. Oğuz rayon X11 Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsi baş verərkən qeydə alınan video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs X2 yaşadığı evin yanından keçərkən ətrafı yoxladıqdan sonra kağız parçasını hasardan içəriyə atır. İş materiallarına əlavə edilmiş 9 ədəd kağız parçasının məzmunundan görünür ki, həmin kağız parçalarında ad qeyd edilmədən qeyri-etik ifadələr yazılmışdır. Məhkəmə araşdırması zamanı iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları ilə müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Oğuz rayonu Şirvanlı kənd sakini X2 həyətyanı sahəsinə qeyri-etik ifadələr yazılmış kağız parçaları atmış, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və müdafiəçinin fkrini nəzərə alaraq qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, yüngülləşdirici halı nəzərə alaraq həbs müddətinin 10 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan hesablanmalı, Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilərək xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci il tarixdə saat 20:00-dan xx.xx.2025-ci il tarixdə saat 20:00-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 1 gün müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən saat 13:45-dən hesablansın. Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2025-ci il tarixdə saat 20:00-dan xx.xx.2025-ci il tarixdə saat 20:00-dək Oğuz rayon Polis Şöbəsində saxlanıldığı 1 gün müddət ona təyin edilən inzibati həbs müddətindən çıxılmaqla inzibati həbs müddəti xx.xx.2025-ci il tarixdə saat 13:45-də başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-27/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-27/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver