Məhkəmə qərarları › İş №3(054)-271/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-271/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-271/2024 28.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Şəxsn nümayəndəsi X1 iştirakı ilə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, həmin müəssisədə baş aqronom vəzifəsində çalışır. Müəssisə Oğuz rayonu Baş Daşağıl kəndində yaradılsa da, hazırda başqa ərazidə fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə “TOYOTA PRADO L150 MİNİK” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili o özü idarə etmişdir. O, həmişə onun barəsində tətbiq edilən cərimələri vaxtlı-vaxtında ödəyir. Lakin xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətadan məlumatı olmamışdır. Oğuz rayon Polis Şöbəsindən müəssisəyə ünvanlanan məktub barədə də İcra Nümayəndəliyi tərəfindən ona və ya müəssisənin başqa əməkdaşına məlumat verilməmişdir. Həmin məktubdan xəbərsiz olduqlarına görə tələb edilən sənədləri Oğuz rayon Polis Şöbəsinə göndərməmişlər. Buna baxmayaraq Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Oğuz rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat bildirilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəblərini bildirməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə “TOYOTA PRADO L150 MİNİK” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının pozulması ilə bağlı Şəxsnə bildiriş göndərilərək həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs barəsində məlumat verilməsi xahiş edilmişdir. Hüquqi şəxsin qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi həmin müəssisəni tanıyan olmaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra bildiriş hüquqi şəxsin hüquqi ünvanı üzrə İcra Nümayəndəliyinə göndərilmişdir. İcra Nümayəndəliyinin cavab məktubunda qeyd edilmişdir ki, Baş Daşağıl kəndi ərazisində Şəxs MMC fəaliyyət göstərmir, həmin MMC-yə məxsus TOYOTA PRADO L150 MİNİK markalı avomobil ərazidə heç vaxt görünməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib olunmuş hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə həmin hüquqi şəxsin özünün mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edildi ki, “TOYOTA PRADO L150 MİNİK” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Oğuz rayon Polis Şöbəsi tərəfindən Şəxsnə göndərilən bildirişlərdən həmin müəssisənin məlumatı olmamış, bu səbəbdən tələb edilən məlumatların 5 gün müddətinə Oğuz rayon Polis Şöbəsinə təqdim olunması təmin edilməmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından həmin hüquqi şəxsin barəsində qeyd olunan maddədə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar