Məhkəmə qərarları › İş №3(054)-279/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №3(054)-279/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 3(054)-279/2024 02.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə xx.xx.1984-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan, evli, fərdi identifikasiya nömrəsi 24VHFS3 X1 Oğuz rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidməti inspektoru polis serjantı Təbriz Bəbirli tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən daxil olmuş inzibati materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidməti inspektoru polis serjantı Təbriz Bəbirlinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair inzibati material, həmin iş üzrə ehtimal edilən inzibati xəta hadisəsinin Oğuz rayonu ərazisində törədilməsi, şikayətə baxılmasının yeri barədə vəsatətin verilmədiyi nəzərə alınmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılması üçün aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. X2 və Oğuz rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidmətinin nümayəndəsi həmin inzibati materiala Oğuz Rayon Məhkəməsində baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinin məzmununa görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 tərəfindən törədildiyi ehtimal edilən inzibati xəta hadisəsi Oğuz rayonu ərazisində qeydiyyata alınmış olsa da, X2 ünvan 1 ünvanında qeydiyyatdadır. X2 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan da özünün yaşadığı yer üzrə məhkəməyə şikayət vermişdir. İş materiallarından görünür ki, X2 onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan özünün yaşadığı yer üzrə məhkəməyə şikayət verməklə, işə onun özünün yaşadığı yer üzrə baxılmasını xahiş etdiyi barədə fikrini ifadə etmiş hesab olunur. Buna baxmayaraq X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. X1 inzibati tənbeh vermə haqqında qərardan özünün yaşadığı yer üzrə məhkəməyə şikayət verməklə işə onun özünün yaşadığı yer üzrə məhkəmədə baxılmasını xahiş etdiyi barədə fikrini ifadə etmiş olduğu nəzərə alınacağı təqdirdə, iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə, yəni həmin işi Oğuz Rayon Məhkəməsinə göndərən məhkəməyə qaytarılmalıdır. Bu da nəticə etibarilə məhkəmələr arasında aidiyyət qaydalarının mübahisələndirilmiş olmasına səbəb olacaqdır. Ərazi aidiyyətinə dair bu cür vəsatətlərin həlli qaydası ilə bağlı inzibati xətalar haqqında qanunvericilikdə konkret norma nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, həmin məsələyə apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməsi zərurəti vardır. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 Bakı şəhəri Binəqədi rayonu ərazisində yaşadığına və işin baxılması üçün özünün yaşadığı ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə fikrini ifadə etdiyinə görə inzibati xəta haqqında material ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Oğuz rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidməti inspektoru polis serjantı Təbriz Bəbirli tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə dair inzibati material ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar