Məhkəmə qərarları › İş №3(054)-28/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-28/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-28/2023 02.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs oğlu - X2 məxsus olan, sonuncunun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edib özündə saxladığı 1 (bir) ədəd 15/D 14872 nömrəli, 12 kalibrli, “ Ata-arms” markalı lüləli ov tüfəngi ilə xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində qanunsuz olaraq ov etməsi faktı üzrə xx.xx.2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilərək inzibati icraat başlanılmaqla Oğuz rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs oğlu - X2 məxsus olan 1 (bir) ədəd 15/D 14872 nömrəli, 12 kalibrli, “ Ata-arms” markalı lüləli ov tüfəngi ilə xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində qanunsuz olaraq ov etməsi, yəni dəyəri 11 manat olan 1 ədəd çöl dovşanı ovlaması faktı aşkar edildiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 15/D 14872 nömrəli, 12 kalibrli, “ Ata-arms” markalı lüləli ov tüfəngi onun istifadəsində olsa da, oğluna məxsusdur. Həmin silahın saxlanılması üçün oğlu müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almışdır və qeyd olunan silah Polis Şöbəsində oğlunun adına qeydiyyata alınmışdır. Onun ovçuluq bileti yoxdur və yalnız təsadüfi hallarda ova gedir. xx.xx.2023-cü il tarixdə axşam saat 23:30 radələrində evə getmək üçün avtomobillə Oğuz rayonu Böyük Söyüdlü kəndinin ərazisindən keçərkən qabağına çöl dovşanı çıxmış, o da özü ilə gətirdiyi ov tüfəngi ilə bir ədəd çöl dovşanını ovlamış, geri qayıdarkən Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan ov silahına aid sənədlərini tələb etmiş, eyni zamanda, ov etmək üçün icazəsinin olub-olmadığını soruşmuşlar. O, ov silahının oğluna məxsus olmaqla müvafiq sənədlərinin olduğunu, ancaq ov etmək üçün rəsmi icazəsinin olmadığını bildirmişdir. Onun üzərində olan ov tüfəngi polis əməkdaşları tərəfindən götürülmüşdür. O, müvafiq icazə olmadan, qanunsuz olaraq ov etdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 110 nömrəli şəhadətnamənin surətindən görünür ki, 15/D 14872 nömrəli, 12 kalibrli, “ Ata-arms” markalı lüləli ov tüfəngi X1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən qəbul edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın məzmunundan müəyyən edilir ki, Şəxs 1 ədəd çöl dovşanını qanunsuz olaraq ovlaması nəticəsində təbiətə 11 manat maddi ziyanlıq dəydiyini nəzərə alaraq toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs atasına məxsus olan, onun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edilmiş 1 (bir) ədəd 15/D 14872 nömrəli, 12 kalibrli, “ Ata-arms” markalı lüləli ov tüfəngi ilə xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Böyük Söyüdlü kəndi ərazisində qanunsuz olaraq ov etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə, yaxud altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs ovçuluq bileti olmamış, özünün də etiraf etdiyi kimi, ov onun əsas dolanacaq mənbəyi deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsinə hər hansı maneə yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsini, habelə, məsuliyyəti yüngülləşdirən halı və törədilmiş inzibati xəta nəticəsində dəymiş maddi zərərin az əhəmiyyətli olmasını nəzərə alaraq ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin həmin maddədə müəyyən edilmiş aşağı həddə - 1 (bir) il müddətində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində əlavə tənbeh növü kimi müəyyən edilmiş, “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə” ifadəsi inzibati tənbeh növü kimi cərimə tətbiq edildiyi hallara şamil edildiyindən, hazırki iş üzrə isə Şəxs barəsində ov hüququnun məhdudlaşdırılması inzibati tənbehi tətbiq edildiyindən məhkəmə hesab edir ki, X2 məxsus olan ov silahının müsadirə edilib-edilməməsi məsələsi müzakirə olunmamalı, 1 (bir) ədəd 15/D 14872 nömrəli, 12 kalibrli, “ Ata-arms” markalı lüləli ov tüfəngi X1 özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X5 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək ov hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılsın. Oğuz rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd 15/D 14872 nömrəli, 12 kalibrli, “ Ataarms” markalı lüləli ov tüfəngi X1 özünə qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar