Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-284/2024 21.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs Quliyeva (Demirtürk) Aysəba Əşrəf qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Sincan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki olaraq Göyçay şəhəri, 106-nın binası ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin 06 noyabr 2012-ci il tarixli 2 (054) - 368 / 2012 nömrəli qətnaməsinə əsasən 11 oktyabr 2012-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 50 (əlli) manat - cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq 05 noyabr 2007-ci il tarixdə anadan olmuş X5 və 18 noyabr 2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X2 verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 431 / 2019 nömrəli qətnaməsinə əsasən uşaqların saxlanmaları üçün Şəxs tutularaq X2 ödənilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat - cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, həmin qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 tərəfindən borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbkara olan aliment borcunu tam şəkildə ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 431 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkara 6660 manat aliment borcu yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, tələbkara olan borcunu maddi imkansızlıq üzündən ödəyə bilməmişdir. O, xx.xx.2021-ci il tarixədək olan borcunu tam şəkildə ödəmiş və tələbkar icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Həmin icra vərəqəsi xx.xx.2023-cü il tarixdə yenidən icraya yönəldilmişdir. O həmin vaxt intervalında hesablanmış aliment borcunu qəbul etmir. Buna görə də araşdırma aparılması üçün aidiyyəti orqanlara müraciət edəcəkdir. Lakin 2024-cü il tarixdən indiyədək ödənilməmiş aliment borcu olduğunu etiraf edir. Hazırda da həmin müddət ərzində hesablanmış 1260 manat aliment borcunun hissə-hissə- 200-250 manat olmaqla ödəyəcəyi ilə bağlı tələbkarın nümayəndəsi ilə razılığa gəlmişdir. Qeyd etdikləri nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir. İcra sənədinin məhkəməyə qaytarıldığı müddətdə aliment borcu hesablanmamalı idi. Bununla bağlı müvafiq orqanlara müraciət ediləcəkdir. 2024-cü ilin yanvar ayından indiyədək isə aliment borcu 1260 manat təşkil edir və borclu həmin məbləğin hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Quliyeva (Demirtürk) Aysəba Əşrəf qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclunun 2024-cü ilin yanvar ayından bugünədək yaranmış aliment borcu 1260 manat təşkil edir. O hələlik həmin borcu tələb edir və həmin borcun aylıq 200-250 manat olmaqla hissəhissə ödənilməsi ilə bağlı borclu ilə razılığa gəlmişdir. Hazırki vəziyyətdə onun Şəxs heç bir şikayəti və tələbi yoxdur. Şəxs inzibati qaydada tənbeh edilməsini istəmir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 431 / 2019 nömrəli qətnaməsinə əsasən uşaqların saxlanmaları üçün Şəxs tutularaq X2 ödənilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat - cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İş üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun tələbkara 6660 manat aliment borcu yarandığı qeyd edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (054) - 431 / 2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə hələlik tələbkara olan 2024-cü ilin yanvar ayından bugünədək olan 1260 manat aliment borcunun tədricən ödənilməsi ilə bağlı zərərçəkmiş şəxsin nümayəndəsi ilə razılığa gəlmişdir. Hazırda zərərçəkmiş şəxsin də ondan hər hansı tələbi və ya şikayəti yoxdur. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, borclu tələbkara hər ay müntəzəm olaraq 180 (bir yüz səksən) manat miqdarında aliment ödəməsə də, maddi imkanları daxilində müəyyən məbləğlər ödəyir. Borcluya məxsus olan, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Şəxs barəsində axtarış elan edilərək onun icra qurumuna gətirilməsinin məqsədi tələbkara olan borcun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. Hazırki vəziyyətdə isə tələbkarın borcludan heç bir şikayəti və tələbi yoxdur, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-284/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-284/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver