Məhkəmə qərarları › İş №3(054)-293/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-293/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-293/2024 02.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1983-cü il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu Xalxal Qışlaq kəndində yaşayan, subay, natamam orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayon Xalxal Qışlaq kəndində 03 saylı seçki məntəqəsinin qarşısında olarkən sərxoş vəziyyətdə ucadan səs-küy salmaqla ünvanlıünvansız nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək yaşadığı Xalxal Qışlaq kənd ərazisində yerləşən seçki məntəqəsinə yaxınlaşıb “müxalifətdən kim var?” deyə soruşan zaman Xəyal adlı məntəqə üzvünün göstərişi ilə oradan uzaqlaşdırılmasına narazılığını bildirmişdir. Həmin məlumat əsasında polis əməkdaşları 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinin 03 saylı seçki məntəqəsinə getmiş, orada olan zaman Şəxs özü tərəfindən xırda xuliqanlıq hərəkətləri edildiyi müəyyən edilmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində 03 saylı seçki məntəqəsinə gedərək sərxoş vəziyyətdə ucadan səs-küy salaraq “müxalifətdən kim var” demiş, məntəqə üzlərini səsləmişdir. Həmin məntəqənin üzvü olan Tehran adlı şəxs məntəqədən çölə çıxaraq Şəxs nə olduğunu soruşmuşdur. Ayaz ona cavabında “nə toplaşmısız bura?”, “maşeniklik edirsiz burda” və “burda müxalifət kimdir?” deyə suallar vermişdir. Tehran Əfəndiyev həmin şəxsin danışıq tərzindən və hərəkətlərindən sərxoş vəziyyətdə olmağından şübhələnmiş və ondan uzaqlaşmağını xahiş etmişdir. Polis əməkdaşları onu həmin yerdən uzaqlaşdırmışlar. Bir müddət sonra o yenidən gələrək uca səslə məntəqə sədrini çağırmağa başlamış, Xəyal Verdiyev məntəqədən çölə çıxan zaman isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs ictimai yerdə ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Şəxs polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilmiş və etdiyi hərəkətlərə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Xalxal Qışlaq kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə tərkibində spirt olan enerji içkisi içdikdən sonra həmin kənddə olan seçki məntəqəsinin qarşısına getmişdir. O həmin vaxt sərxoş olduğundan oraya getdikdən sonra etdiyi hərəkətləri xatırlamır. Lakin ünvanlarına nalayiq ifadələr işlətdiyini güman etdiyi şəxslərdən üzr istəmiş, törətdiyi əmələ görə əməlindən səmimi peşman olmuşdur və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Eyni zamanda o üçüncü dərəcəli əlilliyi olan şəxsdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 194 nömrəli tibbi müayinə protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:25-də tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:10-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ümumi xəstəlik üzrə 3-cü qrup əlilliyə görə 150 manat məbləğində pensiya alır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Oğuz rayon Xalxal Qışlaq kəndində 03 saylı seçki məntəqəsinin qarşısında olarkən sərxoş vəziyyətdə ucadan səs-küy salmaqla ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, 3-cü qrup əlilliyi olmasını həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, ağırlaşdırıcı halı nəzərə alaraq cəriməni yüksək məbləğdə, lakin onun inzibati qaydada tutulduğunu nəzərə alaraq cərimənin 75 (yetmiş beş) manat məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar