Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-294/2024 04.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1970-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, həmin ünvanda yaşayan, evli, orta ixtisas təhsilli, fərdi sahibkar, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Oğuz rayonu Sincan kəndi ərazisində xidmətdə olarkən saat 23:10 radələrində “Ford”markalı avtomobilin yüklü vəziyyətdə Sincan kəndi ərazisindən Qəbələ rayonu istiqamətində hərəkət etdiyini görərək həmin avtomobilə “saxla” işarəsi vermişlər. Avtomobilin sürücüsü bir qədər sonra avtomobili yolun sağ çiynində saxlamışdır. Həmin avtomobildə sərnişin olan Şəxs avtomobildən enərək yük yerini açmışdır. Orada kömür kisələri aşkar olunduğu üçün həmin şəxsdən yüklə bağlı sənədlər tələb edilmişdir. Şəxs sənədlər təqdim etmədikdə isə məsələnin aydınlaşdırılması üçün o və avtomobilin sürücüsü Oğuz rayon Polis Şöbəsinə dəvət edilmişlər. Bu zaman Şəxs özündən çıxaraq aqressiv hərəkətlər etməyə başlamış, yolun hərəkət hissəsinə çıxaraq avtomobillərin hərəkətlərinə maneə yaratmağa başlamış, eyni zamanda polis əməkdaşlarının birinin xidməti geyiminin qol hissəsini də cırmışdır. Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qərəzli hərəkətlərini davam etdirdiyindən hadisə yerinə polis əməkdaşlarından ibarət əlavə qüvvə çağrılmış və o, məcburi şəkildə Polis Şöbəsinə gətirilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. O, fərdi sahibkardır və qoz, fındıq, şabalıd, kömür və s. kimi məhsulların alqı-satqısı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə də kömür aldıqdan sonra Oğuz rayonu Sincan kəndi istiqamətindən Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində sürücüsünün idarə etdiyi avtomobildə hərəkətdə olan zaman polis əməkdaşları onlara “saxla” işarəsi vermiş, sürücü də avtomobili dayandırmışdır. O, avtomobildən enmiş, polis əməkdaşlarının tələbinə əsasən avtomobilin yük yerini açmışdır. Polis əməkdaşları ondan yükün sənədlərini soruşmuş, sonra isə Polis Şöbəsinə getməli olduqlarını bildirmişlər. Bu zaman o özündən çıxaraq əsəbiləşmişdir. Belə ki, nəinki kömür, digər məhsulları alan və ya satan zaman da hər hansı sənəd təqdim edilmir. O, ayda 2-3 dəfə həmin ərazidən keçir və hər dəfə də polis əməkdaşları onu saxladaraq sənəd tələb edirlər. Bu dəfə də sənəd təqdim edən zaman o, əsəbiləşsə də polis əməkdaşlarına müqavimət göstərməmiş və polis əməkdaşının xidməti formasına hər hansı zərər yetirməmişdir. Bundan əlavə o, ikinci dərəcə əlilliyi olan şəxsdir və 220 manat pensiya alır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, güman edilən inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şəxs bir neçə dəfə ucadan “əl çəkin” deyərək polis əməkdaşlarından uzaqlaşmağa çalışır və polis qanuni tələblərinə tabe olmur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə 17:00-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə xx.xx.2028-ci il tarixədək ikinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxsdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində içərisində sərnişin olduğu avtomobilə Oğuz rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları avtomobili saxlamaq işarəsi vermiş, avtomobil saxlanılıb yüklə bağlı sənədlər tələb edilən zaman o, polis əməkdaşlarına qarşı aqressiv hərəkətlər etmiş, polis əməkdaşlarına müqavimət göstərmiş, bununla da, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə o, orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğuna görə ona inzibati həbs tətbiq edilə bilmədiyini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, onun inzibati qaydada tutulduğunu nəzərə alaraq cərimənin 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 34, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-294/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-294/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver