Məhkəmə qərarları › İş №3(054)-298/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-298/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-298/2024 10.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Oğuz rayonu Sincan kəndində yaşayan, evli, orta təhsilli, "xxxx" MMC-də inzibatçı vəzifəsində çalışan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndi ərazisində Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərini pozaraq tabe olmaması faktı üzrə onun tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Belə ki, Şəxs mühafizəçi X11 Şöbəsinə dəvət edilərkən müdaxilə edərək xəbərdarlığa məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, "xxxx" MMC-də inzibatçı vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında adını bilmədiyi sürücü müəssisəyə tütün məmulatı gətirmişdir. Bir neçə dəqiqə sonra isə YPX əməkdaşlarının müəssisədən kənarda dayandıqlarını və müəssisənin mühafizəçisi ilə sözlü mübahisə etdiklərini görmüşdür. Mübahisə zamanı müəssisənin mühafizəçisi Şahmar polis əməkdaşlarına yüklü vəziyyətdə olan avtomobillərin müəssisədən kənara çıxarıla bilməyəcəyini bildirmişdir. O və müəssisənin müdir müavini Pərvin Əlizadə məsələni sakit şəkildə həll etmək üçün həmin yerə getmişlər. Polis əməkdaşı avtomobillərin yüklü şəkildə aparılmalı olduğunu bildirdikdə o, yükün əvvəlcə boşaldılmasını xahiş etmiş, lakin polis əməkdaşları bu təkliflə razılaşmamışlar. Bundan sonra polis əməkdaşları Şahmar Məmmədovun qolunu buraraq YPX avtomobilinə əyləşdirmişlər. O, avtomobilin arxa qapısını açaraq Şahmara yazığı gəldiyini, eyni zamanda onun YPX avtomobilində aparılmasının doğru olmadığını bildirmişdir. Bundan sonra YPX əməkdaşları PPX əməkdaşlarını çağırmış, həmin polis əməkdaşları gəldikdən sonra o, Şahmar və Pərvin Əlizadə sakitcə polisin xidməti avtomobilinə əyləşərək Polis Şöbəsinə getmişlər. O, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o digər polis əməkdaşları Urfan Mikayılov və Fərid Mustafazadə ilə birlikdə Oğuz rayonu Sincan kəndi ərazisində xidmətdə olduqları zaman bir neçə avtomobilin yük daşıma və konstruksiya dəyişikliyi qaydalarını pozaraq hərəkətdə olduqlarını görmüşlər. Xidmət apardıqları avtomobillə həmin yük avtomobillərinin arxası ilə gedərək bir neçə dəfə “saxla” işarəsi versələr də, həmin avtomobillər nəqliyyat vasitəsinin hərəkətini saxlamayaraq Sincan kəndi ərazisində yerləşən tütün qurutma məntəqəsinin həyətinə daxil olaraq qayda pozuntusundan yayınmağa çalışmışlar. Onlar tütün qurutma müəssisəsinə daxil olaraq sürücüləri müəssisədən kənara çağırmışlar. Sürücü müəssisədən çölə çıxaraq onlara yaxınlaşmış, onlar da həmin şəxsə qayda pozuntusunu izahat etməyə çalışmışlar. Bu zaman müəssisənin mühafizəsində dayanan şəxs onlara yaxınlaşaraq “buradan heç kim maşın çıxara bilməz” deyərək onları nalayiq ifadələrlə təhqir etmişdir. Dəfələrlə ona sürücülərin etdiyi qayda pozuntusu ilə bağlı Polis Şöbəsinə yaxınlaşmalı olduğunu və polisi təhqir etməməsini tələb etsələr də o, öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq iş fəaliyyətlərinə qərəzli şəkildə maneçilik yaratmışdır. Bu zaman həmin şəxsin yaratdığı səs-küyə müəssisənin içərisindən sonradan adları onlara məlum olan və özlərini müəssisə rəhbərliyi kimi təqdim edən Şəxs və X5 adlı şəxslər hadisə yerinə yaxınlaşaraq Şahmar Məmmədovu sakitləşdirmək əvəzinə onları telefon vasitəsilə lentə almağa və onları təhqir edən şəxsə köməklik etməyə başlamışlar. Eyni zamanda Şahmar Məmmədovu məcburi şəkildə əyləşdirərkən onu avtomobilə əyləşdirməməyimizi tələb etmişlər. İş üzrə şahid qismində izahat verən X2 da şahid X3 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, Şəxs özünü rəhbər şəxs kimi təqdim etsə də, Şahmar Məmmədovu sakitləşdirmək əvəzinə onun buraxılmasını istəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs xx.xx.2024-cü il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs polis əməkdaşları ilə kompromisə gəlməyə çalışması, həmçinin, polis əməkdaşlarından X9 Şöbəsinə aparmamalarını xahiş etməsi, bu zaman ucadan səs-küylə danışmış olsa belə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi onun öz izahatı ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının özünün izahatları ilə də təkzib edilmişdir. Qeyd olunan faktlar məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon X8 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar