Məhkəmə qərarları › İş №3(054)-3/2023

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-3/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-3/2023 02.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin sədri X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-17171 saylı məktubu ilə tələb edilən məlumatı təqdim etməməsi faktı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin sədri X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs ASC xx.xx.2001-ci il tarixdə vergi orqanında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Müəssisə uzun müddət fəaliyyət göstərmiş, müəssisənin fəaliyyəti zəiflədiyindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Vergilər İdarəsinə rəsmi ərizə ilə müraciət edilərək müəssisənin fəaliyyəti dayandırılmışdır və 15 ildir ki, fəaliyyət göstərmir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC –yə ünvanlanmış məktub onun razılığı ilə başqa şəxsə təqdim edildiyindən məktubun məzmunundan xəbəri olmamış, ona görə də, müəssisə fəaliyyətini dayandırmış olsa da, tələb edilən məlumatların təqdim edilməli olması, təqdim edilmədiyi halda, bunun nəticəsi olaraq müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi məsələsinə diqqət yetirilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində hüquqi şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının onun barəsində tərtib etdiyi protokola hər hansı etirazı yoxdur. Gələcəkdə belə səhvlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında informasiya sistemindən çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs ASC-nin qanuni təmsilçisi X3r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6- 1.26-2-2022-17171 saylı məktubundan görünür ki, Şəxs ASC-yə məktub göndərilərək 2021-ci ilə dair emitentin illik hesabatının 7 (yeddi) gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-17171 saylı bildiriş məktubuna aid xəbərnamənin surətindən görünür ki, bildiriş məktubu xx.xx.2022-ci il tarixdə hüquqi şəxs Şəxs ASC-yə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-17171 saylı məktubla hüquqi şəxs Şəxs ASC-nə müraciət edilərək Şəxs ASC-nin fəaliyyətinə dair sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin Şəxs ASC tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı barədə məlumatı təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-17171 saylı məktubu ilə tələb edilən məlumatların hüquqi şəxs Şəxs ASC tərəfindən təqdim edilməməsi iş materialları və Şəxs ASC-nin qanuni təmsilçisinin izahatı ilə təsdiq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hüquqi şəxs Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs ASC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin sədri X1 etirafı nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulan 6000 manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar