Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-3/2025 06.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi əməkdaşı tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. X3 xx.xx.2024-cü il tarixli EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətində qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixdə özünə məxsus ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu üzrə hərəkətdə olmuşdur. Daha sonra ona həmin yolda sürət həddini 21-40 km/saat aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə 50 manat (2 cərimə balı) məbləğində cərimə gəlmişdir. O, cərimə ilə tanış olduqda görmüşdür ki, cərimə həmin ərazidə görünməyən yerdə gizlənmiş YPX avtomobilinə quraşdırılmış radar cihazı vasitəsi ilə çəkilmişdir. Azərbaycan qanunvericiliyinə əsasən, radarlar və sürət məhdudiyyəti işarələri sürücülərə məlumat vermək üçün görünən yerdə yerləşdirilməlidir. Yol polisi patrul avtomobili ilə gizlənərək sürücüləri cərimələməməlidir. Bu qaydalara görə görünürlük – radar və digər sürət ölçmə vasitələri olan patrul avtomobilləri açıq şəkildə və sürücülərə görünən yerdə dayanmalıdır. Bu, sürücüləri əvvəlcədən xəbərdar etmək məqsədi daşıyır və gizli şəkildə cərimələməyi məhdudlaşdırır. İşarələmə - Sürət ölçmə aparılacaq ərazidə sürət məhdudiyyəti və radar xəbərdarlıq lövhələri yerləşdirilməlidir ki, sürücülər bu məlumatları görərək ehtiyatlı olsunlar. Əgər yol polisi gizlənərək cərimə tətbiq edərsə, bu hal qanuna zidd sayılır. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək protokola xitam verilməsini xahiş etsə də, ona verilmiş cavabda göstərilmişdir ki, əraziyə baxış keçirilmişdir və protokol qanunidir. Bu zaman ortaya bir sual çıxır: Patrul avtomobili görünən yerdə idisə video görüntü niyə arxadan çəkilmiuşdir? Videogörüntüdən də aydın şəkildə görünür ki, patrul avtomobili qanunsuz olaraq onu cərimələmişdir. Hesab edir ki, o, inzibati pozuntu törətməmişdir. Ona görə də barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən edilir ki, X3 barəsində olan inzibati tənbeh vermə haqqında EQ 24399381 nömrəli qərar araşdırılmış, araşdırma zamanı inzibai xətanın törədildiyi əraziyə, xüsusi texniki vasitənin qeydə aldığı videogörüntülərə baxış keçirilmiş, sürücünün inzibati xətaya yol verməsi halı təsdiqlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X3 hazırki şikayətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirsə də, qeyd olunan qərarın qanunsuz və ya əsassız olması ilə bağlı, həmin qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı sübutunu da məhkəməyə təqdim etməmişdir. X1 hazırki şikayətində qeyd etdiyi xüsusatlar onun barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Eyni zamanda, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş, həmin müraciət əsasında əraziyə baxış keçirilmiş və qərarın qanuni olduğu qənaətinə gəlinmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 115, 117, 126, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24399381 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-3/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-3/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver