Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-30/2023 14.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsili, fərdi əmək fəaliyyəti ilə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 02 mart 2017-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 309 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli və xx.xx.2022-ci il tarixli 2 (054) - 309 / 2022 nömrəli qətnamələrinə dair icra sənədləri bir icraatda birləşdirilmişdir. Hər iki qətnamə üzrə icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli və xx.xx.2022-ci il tarixli 2 (054) - 309 / 2022 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də xx.xx.2022-ci il tarixdə onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu Polis Şöbəsinin çağırışı ilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə könüllü şəkildə gəlmişdir. Borclu bugün tələbkara 400 (dörd yüz) manat ödəmişdir və hazırda onun tələbkara 3410 (üç min dörd yüz on) manat gecikdirilmiş aliment borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, tələbkar Zərərçəkmiş şəxs ayrıldıqdan sonra başqa bir qadınla ailə qurmuşdur. Bu nikahdan iki azyaşlı uşağı vardır . O, xeyli vaxtdır ki, işsiz olmuş və yenicə Bakı şəhərində işə girmişdir. O, bugün tələbkara 400 (dörd yüz) manat ödəniş etmişdir və hazırda ona cəmi 3410 (üç min dörd yüz on) manat aliment borcu vardır. Həmin borcu hissə-hissə ödəməyə çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, ailə vəziyyəti və son dövrlərə qədər işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin vaxt verilərsə qalıq borcu hissə-hissə ödəyəcəkdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu 7-8 aydır ki aliment borcunu ödəmir, borclunun hazırda ona 3410 (üç min dörd yüz on) manat gecikdirilmiş aliment borcu vardır. O özü hazırda işləmədiyindən xəstə uşağına baxa bilmir, buna görə də, həmin məbləğin ödənilməsini tələb edir, borclu isə aliment borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (054) - 298 / 2017 nömrəli qətnaməsinə əsasən borclu Şəxs hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 309 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin məhkəmə qərarları üzrə borclu bu gün 400 (dörd yüz) manat ödəmiş və hazırda tələbkara cəmi 3410 (üç min dörd yüz on) aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, Polis Şöbəsinin çağırışı ilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə könüllü şəkildə gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 8 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2023-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-30/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-30/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver