Məhkəmə qərarları › İş №3(054)-301/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-301/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-301/2024 27.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon prokurorunun böyük köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə xx.xx.1955-ci il tarixdə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, ali təhsilli, Oğuz rayonu Baş Daşağıl Bələdiyyəsinin sədri, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs tərəfindən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulması, yəni, mövcud yaşıllıqların uçota alınmaması və ya kadastrının aparılmaması, eyni zamanda, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi faktı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq Şəxs barəsində xx.xx.2024-cü il tarixli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla həmin qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon prokurorluğunun nümayəndəsi - Oğuz rayon prokurorunun böyük köməkçisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq bələdiyyə ərazisində olan mövcud yaşıllıqların uçota alınması və kadastrının aparılmasını təmin etməmiş, eyni zamanda yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmişdir. Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2010-cu il tarixdən Oğuz rayonu Baş Daşağıl Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Bələdiyyə ərazisində olan mövcud yaşıllıqların uçota alınması və kadastırı təqribi aparılır. Belə ki, ağacların diametrinin, hündürlüyünün, sayının və s. qeyd olunması tələb olunur. Lakin həmin məlumatların dəqiq qeydiyyatının aparılması fiziki cəhətdən mümkün deyildir. Buna görə də hər dəfə həmin məlumatlar təqribi aparılmış və məlumatlar müvafiq orqana göndərilmişdir. 2023-cü il üçün olan məlumatlar da həmin qaydada əldə olunaraq 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Lakin hazırda həmin məlumatların göndərilməsini təsdiq edəcək sənədi məhkəməyə təqdim edə bilmir. O, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs bələdiyyənin balansında olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-ə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişiklər barədə məlumatları isə hər il yanvarın 1-ə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməli olduğu halda buna əməl etməmişdir. Həmin qərar işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Qeyd olunan qərarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törəməsi faktı təsdiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozmuş, yəni bələdiyyənin balansında olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-ə ümumiləşdirməklə yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişiklər barədə məlumatları isə hər il yanvarın 1-ə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib Oğuz rayon prokurorluğunun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1, 253-1.1.1 və 253-1.1.3-cü maddələrinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına; yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulan cərimə inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.1 və 253-1.1.3-cü maddələri ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar