Məhkəmə qərarları › İş №3(054)-303/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-303/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-303/2024 18.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1990-cı il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, orta ixtisas təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********194200 nömrəli qərarına əsasən Şəxs 7836,26 manat əsas borc, 745,36 manat faiz borcu - cəmi 8581,62 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. X7 Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs X3 qarşı “dövlət büdcəsinə olan 8260,33 manat borcunun ödənilməsini təmin etmək üçün Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2 (117) - 358 / 2022 nömrəli qətnaməsinə əsasən maraqlı şəxs Şəxs 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 459 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 1610 manat borc və 36,10 manat dövlət rüsümunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdeh Şəxs qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 505 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 127,89 manat borc və 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdeh Şəxs qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 506 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 5563,08 manat borc və 76,04 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Hər bir məhkəmə qərarı üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2024-cü il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbkarlara olan borcları ödənilməmiş qaldığına görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********194200 nömrəli qərarına, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2 (117) - 358 / 2022 nömrəli qətnaməsinə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 459 / 2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2 (054) - 505 / 2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 506 / 2023 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu indiyədək icra sənədləri üzrə heç bir ödəniş etməmiş və hazırda onun tələbkarlara cəmi 14727,71 manat borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, vergi borcundan narazıdır. Belə ki, onun adına qeyri-qanuni şəkildə şirkət açılmışdır. Eyni zamanda, o əvvəllər rəsmi şəkildə işləsə də, hazırda işsizdir və kirayədə yaşayır. O qalan borclarını ödəməli olduğunu başa düşür və bundan yayınmır, lakin qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə tələbkarlara ödəməli olduğu borc məbləğlərini maddi imkansızlıq üzündən indiyədək tam şəkildə ödəyə bilməmişdir və hazırki vəziyyətdə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun vergi borcu olması hazırda mübahisəlidir. Lakin qalan icra sənədlərinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, o uzun müddət işsiz olması ilə əlaqədar borcunu tam ödəyə bilməmişdir, maddi imkanları daxilində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin, "xxxx" MMC-nin və "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndələri icra məmuru tərəfindən məlumatlandırılmalarına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********194200 nömrəli qərarına, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2 (117) - 358 / 2022 nömrəli qətnaməsinə, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 459 / 2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2 (054) - 505 / 2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2 (054) - 506 / 2023 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə heç bir ödəniş etməmiş və hazırda onun tələbkarlara cəmi 14727,71 manat borcu qalmışdır. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkarlara ödənilməli olan vəsaitin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 12 (on iki) gün müddətində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 17:00dan hesablansın. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs inzibati qaydada həbs edilməsi barədə qərarın surəti məlumat üçün Oğuz rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar