Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-306/2024 01.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-26/2-M-42-13147/2024 və 6-1-26/2-6022/2024 saylı məktubları ilə tələb edilən sənədləri (səhmdar N.Məmmədovun ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, ASC-nin 2019-2023-cü illərin maliyyə hesabatlarını, 2018- 2020-ci və 2023-2024-cü illər ərzində keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini, səhmdarların reyestrini, nizamnamənin surətini, 2019-2023-cü illər üzrə aidiyyəti şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin səhmdar N.Məmmədova təqdim edilməsi, səhmdar N.Məmmədova dividend hesablanıbhesablanmaması, hesablanmışdırsa ona hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd) təqdim etməməsi faktı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan - Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, 20222-ci ilin dekabr ayından etibarən Şəxs ASC-yə X1 edir. O, hüquqi şəxsin nümayəndəsi kimi 2023-cü ilə aid olan iclas protokolları da daxil olmaqla bütün sənədləri poçt vasitəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərmişdir, lakin hazırda göndərişlə bağlı sənədi poçt şöbəsindən əldə edə bilmədiyindən məhkəməyə təqdim edə bilmir. Eyni zamanda ilin sonunda 2024-cü ilə aid sənədləri də göndərəcəkdir. İlk dəfədir ki belə bir inzibati xətaya yol verilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində hüquqi şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla güzəşt edilməsini və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024cü il tarixli 6-1-26/2-M-42-13147/2024 saylı məktubundan görünür ki, hüquqi şəxs Şəxs ASC-nin səhmdarı Nəsib Məmmədovun müraciəti əsasında Şəxs ASC-yə məktub göndərilərək Nəsib Məmmədovun Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, zəruri sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 (yeddi) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Qeyd olunan bildiriş məktubu xx.xx.2024-cü il tarixdə Niyaz Bəşirov tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 6-1-26/2-6703/2024 saylı bildiriş məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli məktubla tələb edilən məlumatlar təqdim edilmədiyindən hüquqi şəxs Şəxs ASC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və həmin məlumatların 5 (beş) iş günü ərzində təqdim edilməsi təklif edilmiş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsilə məsuliyyətə cəlb oluna biləcəyi bildirilmişdir. Qeyd olunan bildiriş məktubu xx.xx.2024-cü il tarixdə Namiq Rzayev tərəfindən qəbul edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, hüquqi şəxs Şəxs ASC-nin səhmdarı Nəsib Məmmədovun müraciəti əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə xx.xx.2024-cü il tarixli 6-1-26/2-M-42-13147/2024 saylı məktub göndərilərək həmin səhmdarın Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, zəruri sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 (yeddi) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tələb edilmişdir. Lakin Şəxs ASC həmin göstərişə əməl etməmiş, Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli 6-1-26/2- 6703/2024 nömrəli məktubu ilə tələb edilən məlumatı da təqdim etməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində müvafiq məlumatların təqdim edilməməsi əsası ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X3 Şəxs ASC-nin tələb olunan məlaumatları poçt vasitəsi ilə göndərdiyini qeyd etsə də, bu barədə sənəd hazırki iş üzrə məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə Şəxs ASC-nin nümayəndəsi X2 dəlillərinə tənqidi yanaşır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1-26/2-M-42- 13147/2024 nömrəli məktubu ilə tələb edilən məlumatların hüquqi şəxs Şəxs ASC tərəfindən səhmdar Nəsib Məmmədova, xx.xx.2024-cü il tarixli 6-1-26/2-6703/2024 saylı bildiriş məktubu ilə tələb edilən məlumatların isə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsi iş materialları və Şəhriyar Rəhimlinin izahatı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.2-ci, 106-1.3.6-cı və 106-1.3.7-ci maddələrinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin xalis mənfəətindən dividend almaq hüquqları vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-6.1 və 107-6.3-cü maddələrinin məzmununa görə səhmdarların ümumi yığıncağının protokolunun surəti səhmdarın tələbi ilə ona təqdim edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X2 izahatını dinləyərək qərara gəlir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə hüquqi şəxs Şəxs ASC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs Şəxs ASC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxs Şəxs ASC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2024 il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(054)-306/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-306/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver