Məhkəmə qərarları › İş №3(054)-307/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-307/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-307/2024 07.10.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Kərimli kəndi ərazisində Zərərçəkmiş şəxs döyərək fiziki ağrı yetirməsi faktı üzrə Oğuz rayon X3 Bölməsinin baş təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Zərərçəkmiş şəxs dəfələrlə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək Şəxs xx.xx.2024-cü il tarixdə onu döyməsi barədə məlumat vermişdir. Həmin müraciət əsasında Oğuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmışdır. Xəlilov Soltanın bədən xəsarətləri ilə əlaqədar ekspert rəyi alınmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirməsi faktı üzrə Oğuz rayon X3 Bölməsinin baş təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Kərimli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun həmin kənddə yerləşən özünə məxsus torpaq sahəsi vardır və o həmin əraziyə taxıl əkir. Buna baxmayaq, Zərərçəkmiş şəxs və digər şəxslər artıq 6 ildir ki, ona öz topaq sahəsini əkib-becərməyə imkan vermirlər. xx.xx.2024-cü il tarixdə də həmin torpaq sahəsində Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış və Xəlil kombaynın qarşısını kəsmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs yalnız yaxasından tutaraq onu kənara çəkmişdir. O, Zərərçəkmiş şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Hesab edir ki, onun tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsi onun deyil, Elşən Babayev adlı şəxsin mülkiyyətindədir və hazırda həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. O, 2004-cü il tarixdən həmin torpaq sahəsini istifadə edir. Lakin Şəxs onun torpaq sahəsindən istifadəsinə maneə yaradır. Belə ki, əvvəllər fındıq bağı salsa da, Şəxs həmin fındıq kollarını da məhv etmişdir. xx.xx.2024-cü il tarixdə də yenidən Əli ilə aralarında mübahisə yaranmış və Əli onu təhqir edərək döymüşdür. Ona görə də Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Oğuz rayon X3 Bölməsinin baş təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər sağlamlığa zərər vurmanın cinayət məsuliyyətinə səbəb olan hər hansı bir dərəcəsinə uyğun gəlmədiyindən, eləcə də, hadisə zamanı ictimai qayda pozuntusu və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər olmadığından Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan həmin şəxs barəsində inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə material üzrə qəbul edilmiş qərarın surəti Oğuz rayon Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 61 nömrəli ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində boyunun sağ və sol yuxarı hissəsinin, sağ bazunun içəri yuxarı 1/3-nin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs orqanizmin funksiyalarının 95 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu döyməməsi və ona heç bir xəsarət yetirməməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusat zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər faktiki halları ilə təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən torpaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta hadisəsinin baş vermə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini səciyyələndirən halları və təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin isə hazırda da ondan şikayətçi olmasını, habelə o, orqanizmin funksiyalarının 95 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğuna görə ona inzibati həbs tətbiq edilə bilmədiyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin aşağı həddə - 300 (üç yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar