Məhkəmə qərarları › İş №3(054)-310/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-310/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-310/2024 25.10.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçılar X6 və X3 (maraqlı şəxs X7) cavabdeh Şəxs qarşı iddiaçıların xüsusi mülkiyyətində olan, Oğuz rayonu Kərimli kəndində yerləşən zəbt olunmuş torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və 9000 manat məbləğində dəymiş ziyanın alınıb iddiaçılara verilməsi tələbinə dair iş üzrə müvəqqəti təminat tədbiri kimi ərizəçilər X6 və X3 cavabdeh Şəxs Oğuz rayonu Kərimli kəndində yerləşən, mülkiyyətlərində olan torpaq sahələrinə daxil olmasının qadağan edilməsi, meyvə ağaclarının kəsilməsi və digər ziyanverici hərəkətlərin dayandırılmasına dair ərizəsi Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16 (054) - 7 / 2024 nömrəli qərardadına əsasən qismən təmin edilərək cavabdeh Şəxs Oğuz rayonu Kərimli kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi, iddiaçı X6 mülkiyyətində olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********01 reyestr nömrəli Çıxarışa və xx.xx.2021-ci il tarixli AA 581504 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,4748 ha, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********61 reyestr nömrəli Çıxarışa və xx.xx.2020-ci il tarixli AA 553341 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,3617 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********60 reyestr nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli A 683072 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,7114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********69 reyestr nömrəli Çıxarışa və xx.xx.2021-ci il tarixli A 653267 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X3 mülkiyyətində olan 0,4717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə daxil olması qadağan edilmiş, Şəxs tərəfindən meyvə ağaclarının kəsilməsi və digər ziyanverici hərəkətlərin edilməsi dayandırılmış, icrası Oğuz rayon İcra və Probasiya şöbəsinə tapşırılmış və icraya yönəldilmişdir. Həmin qərardad üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16 (054) - 7 / 2024 nömrəli qərardadına dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilərək icra üçün müddət təyin edilmiş, lakin borclu icra sənədini könüllü olaraq icra etməmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar proseslər təyin edilsə də, borclu hər dəfə iştirakçıları nalayiq ifadələrlə təhqir edərək icradan imtina etmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, tələbkarın iddiası əsassız və yalandır. Eyni zamanda, o, birinci dərəcə əlilliyi olan şəxsdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X8 icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 xx.xx.2024-cü il tarixli 3-17-1/2-246452/2024 nömrəli məktubundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi sosial müavinət və xx.xx.2024-cü il tarixdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi kateqoriyalı şəxs kimi Prezident təqaüdü almışdır. xx.xx.2024-cü il tarixdən əlillik müayinəsinin ləğv edilməsi (sistem tərəfindən dayandırılıb) səbəbindən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi vətəndaşa verilən sosial müavinət və Prezident təqaüdü dayandırılmışdır. İş materiallarına əlavə edilmiş elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs hələ də orqanizmin funksiyalarının 95 faiz pozulmasına görə birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxs statusundadır. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16 (054) - 7 / 2024 nömrəli qərardadı ilə cavabdeh Şəxs Oğuz rayonu Kərimli kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi, iddiaçı X6 mülkiyyətində olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********01 reyestr nömrəli Çıxarışa və xx.xx.2021-ci il tarixli AA 581504 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,4748 ha, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********61 reyestr nömrəli Çıxarışa və xx.xx.2020-ci il tarixli AA 553341 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,3617 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********60 reyestr nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli A 683072 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,7114 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********69 reyestr nömrəli Çıxarışa və xx.xx.2021-ci il tarixli A 653267 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən X3 mülkiyyətində olan 0,4717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə daxil olmasının qadağan edilməsi, Şəxs tərəfindən meyvə ağaclarının kəsilməsi və digər ziyanverici hərəkətlərin edilməsinin dayandırılması qərara alınmışdır. Qərardadın icrası Oğuz rayon İcra və Probasiya şöbəsinə tapşırılmış və icraya yönəldilmişdir. Lakin borclu Şəxs həmin qərardada dair icra sənədinin icrasına maneə törətmiş və hazırda da heç bir üzürlü səbəb olmadan maneə törədərək icra sənədini tam şəkildə icra etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini səciyyələndirən halları və təqsirinin dərəcəsini, habelə o, orqanizmin funksiyalarının 95 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğuna görə ona inzibati həbs tətbiq edilə bilmədiyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin aşağı həddə - 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar