Məhkəmə qərarları › İş №3(054)-315/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-315/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-315/2024 02.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Xaçmaz Qışlaq kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edib özündə saxladığı 1 (bir) ədəd 15/D 11910 nömrəli, “Ata-arms” markalı, 12 kalibrli ov tüfənginin daşınması qaydalarını pozması faktı üzrə inzibati icraat başlanılmaqla Oğuz rayon X3 Təhlükəsizlik Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o və digər polis əməkdaşı xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Sincan kəndi ərazisində xidmətdə olarkən Şəxs məxsus avtomobili saxlatdıraraq avtomobilin yük yerinə baxış keçirmişlər. Baxış zamanı yük yerində Şəxs məxsus sökülməmiş 15/D 11910 nömrəli, “Ata-arms” markalı, 12 kalibrli ov silahı aşkar olunmuşdur. Silah ov üçün nəzərdə tutulmuş əraziyə çatdıqdan sonra hazır vəziyyətə gətirilməli olduğu halda Şəxs tərəfindən silahın daşınma qaydaları pozulmuşdur. Beləliklə Şəxs mülki silahın daşınması qaydalarını pozması faktı müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Şəxs ilk dəfədir ki, belə bir əməl törədir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 15/D 11910 nömrəli, “Ata-arms” markalı, 12 kalibrli ov tüfəngi ona məxsusdur. Həmin silahın saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almışdır və qeyd olunan silah Polis Şöbəsində onun adına qeydiyyata alınmışdır. O həmin silahı evində qaydalara uyğun olaraq dəmir kassada saxlayır. O, ov tüfəngini ov üçün deyil, əslində təsərrüfatında olan heyvanları qorumaq üçün saxlayır. Həmin silahın sökülüb yığılması 4 mərhələdən ibarətdir və açıq havada da hazır vəziyyətə gətirilməsi çətin olur. Bu səbəbdən özünə məxsus avtomobilin yük yerində hazır vəziyyətdə gəzdirmək məcburiyyətində qalmışdır. O etdiyi əməli dərk etmiş və səmimi peşman olmuşdur. Bir daha eyni əməli törətməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edib özündə saxladığı 1 (bir) ədəd 15/D 11910 nömrəli, “Ata-arms” markalı, 12 kalibrli ov tüfənginin daşınması qaydalarını pozmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimənin - 70 (yetmiş) manat miqdarında tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin hazırki iş üzrə kifayət olduğu qənaətinə gəldiyindən hesab edir ki, Şəxs məxsus olan 1 (bir) ədəd 15/D 14872 nömrəli, 12 kalibrli, “ Ata-arms” markalı ov tüfənginin müsadirə edilməsinə ehtiyac yoxdur və həmin ov tüfəngi Şəxs özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X3 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinərək 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Oğuz rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd 15/D 11910 nömrəli, 12 kalibrli, “ Ata-arms” markalı ov tüfəngi Şəxs özünə qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar