Məhkəmə qərarları › İş №3(054)-317/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-317/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-317/2024 06.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs, fərdi identifikasiya nömrəsi 2NUSXP5 X8 barəsində Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - ünvan 1 ünvanında yerləşən “Ev və torpaq alqı - satqısı” adlı sahibkarlıq obyektində fəaliyyət göstərən X6 Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən göndərilmiş icrası məcburi olan göstərişin tələblərini yerinə yetirməməsi faktı üzrə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. X6 barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında həmin protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X1 fəaliyyəti ilə məşğul olduğu, ünvan 1 ünvanında yerləşən “Ev və torpaq alqı - satqısı” adlı sahibkarlıq obyektinə xx.xx.2024-cü il tarixdə baxış keçirilərkən həmin sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələblərinin pozulmaqla açıq məkanda 0,73 metr x 1,5 metr ölçüdə 1 ədəd - 1,1 kv.metr, 0,43 metr x 1,54 metr ölçüdə 1 ədəd - 0.66 kv.metr, 1,53 metr x 1,53 metr ölçüdə 1 ədəd - 2,34 kv.metr, 0,3 metr x 1,15 metr ölçüdə 1 ədəd - 0,35 kv.metr, 1 metr x 1,5 metr ölçüdə 1 ədəd - 1,5 kv.metr ölçülərdə fasad reklamların müvafiq icazə sənədləri olmadan yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı fotoşəkil çəkilərək və müvafiq aktlar tərtib edilərək imzalanmış, X4 aktın tərtib edilməsində iştirak etmək üçün telefon vasitəsilə obyektin olduğu yerə dəvət edilməsinə baxmayaraq həmin yerə gəlməmişdir. Qeyd olunan aktların və icrası məcburi olan göstərişin surəti xx.xx.2024-cü il tarixdə X7 rəsmi qaydada göndərilməklə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinə müraciət etməsi ondan tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. X4 müvafiq göstərişi xx.xx.2024-cü il tarixdə alsa da, icrası məcburi olan göstərişin tələblərinə əməl etməmişdir. xx.xx.2024-cü il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin reklamların əvvəlki vəziyyətdə olduğu aşkar edilmiş, bununla bağlı yeni fotoşəkillər çəkilərək işə əlavə edilmişdir. Mübahisələndirilən reklamla bağlı İkram Nəbiyev tərəfindən bundan əvvəl müvafiq icazə rəsmi qaydada alınmış, lakin həmin müddət bitdiyindən yenidən yoxlama keçirilmişdir. X8 reklam yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına və reklam yayımını dayandırmadığına, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun surəti xx.xx.2024-cü il tarixdə X7 rəsmi qaydada göndərilmişdir. Qeyd etdiklərinə əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilməsini məhkəmədən xahiş edir. (Müvafiq sənədlər işə əlavə edilmişdir.) Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən “Ev və torpaq alqı - satqısı” adlı sahibkarlıq obyektində fəaliyyət göstərir. O, reklam yerləşdirilməsi və yayımı ilə bağlı əvvəllər Reklam İdarəsi ilə müqavilələr bağlayaraq ödənişlər etmişdir. Sonuncu bağladığı müqavilə üzrə 47 manat borcu qalmış, ona göndərilmiş sənədlər də həmin borcla əlaqədar olmuşdur. Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən obyektə vurulmuş reklamların ölçülərinin qanunvericiliyin tələblərinə uyğun gəlmədiyindən sökülməsi telefon vasitəsi ilə ona tapşırılmışdır. O, Reklam İdarəsinin əməkdaşı ilə telefonla danışan zaman həm borcunu ödəyəcəyini, həm də yeni müqavilə bağlayacağını bildirmişdir. Növbəti gün idarənin əməkdaşlarını gözləsə də, onlar sahibkarlıq obyekti yerləşən əraziyə gəlməmişlər. Eyni zamanda, o, xəstə olduğundan fasad reklamlarını sökə bilməmişdir. xx.xx.2024-cü il tarixdə obyektə təkrar baxış keçirilərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun maddi vəziyyəti ağırdır. Törətdiyi inzibati xətaya görə də səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisələndiriməyən halları olaraq müəyyən edildi ki, X1 fəaliyyəti ilə məşğul olduğu, ünvan 1 ünvanında yerləşən “Ev və torpaq alqı - satqısı” adlı sahibkarlıq obyektinə xx.xx.2024-cü il tarixdə baxış keçirilərkən həmin sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələblərinin pozulmaqla açıq məkanda 0,73 metr x 1,5 metr ölçüdə 1 ədəd - 1,1 kv.metr, 0,43 metr x 1,54 metr ölçüdə 1 ədəd - 0.66 kv.metr, 1,53 metr x 1,53 metr ölçüdə 1 ədəd - 2,34 kv.metr, 0,3 metr x 1,15 metr ölçüdə 1 ədəd - 0,35 kv.metr, 1 metr x 1,5 metr ölçüdə 1 ədəd - 1,5 kv.metr ölçülərdə fasad reklamların müvafiq icazə sənədləri olmadan yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti xx.xx.2024-cü il tarixdə X7 rəsmi qaydada göndərilməklə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. X8 xx.xx.2024-cü il tarixdə aktı və icrası məcburi olan göstərişi almış, lakin icrası məcburi olan göstərişin tələblərinə əməl etməmişdir. xx.xx.2024-cü il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin fasad reklamların əvvəlki yerində olduğu aşkar edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, X6 adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, X8 tərəfindən vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə X8 həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə X8 barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. X8 tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə X8 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X8 (VÖEN **********) Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar