Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-322/2024 04.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərər çəkmiş şəxsin nümayəndəsi X2 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Kreditor "xxxx" X8 Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 871 / 2015 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs kreditor "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 323,02 manatın tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Kreditor "xxxx" X8 Səhmdar Cəmiyyətinin borclu Şəxs qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 1006 / 2015 nömrəli məhkəmə əmrinə əsasən borclu Şəxs kreditor "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə cəmi 574,26 manatın tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Şəxs qarşı borc məbləğlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 254 / 2021 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 1241 manat tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Hər bir məhkəmə qərarı üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbkarlara olan borcları ödənilməmiş qaldığına görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 871 / 2015 nömrəli, xx.xx.2015-ci il tarixli 2 (054) - 1006 / 2015 nömrəli məhkəmə əmrləri, xx.xx.2021-ci il tarixli 2 (054) - 254 / 2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmişdir. Borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu çalışdığı iş yerlərini tez-tez dəyişdirdiyi üçün tutulmanı onun maaşına da yönləndirmək mümkün olmamışdır. Borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlməmiş, onun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Bundan sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu indiyədək icra sənədləri üzrə heç bir ödəniş etməmiş və hazırda onun tələbkarlara cəmi 2138,28 manat borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, hazırda işsizdir və ailə vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilməmişdir. O, tələbkarlara aylıq 100 manat ödəyə bilər. Onun hazırki vəziyyətdə isə tələbkarlara olan borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, o uzun müddət işsiz olması ilə əlaqədar borcunu tam ödəyə bilməmişdir, maddi imkanları daxilində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, borclunun tələbkara cəmi 1241 manat ödənilməmiş borcu qalmışdır. Hazırda tələbkar həmin məbləğin ödənilməsini tələb edir, borclu isə öz borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər zərər çəkmiş şəxs "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi icra məmuru tərəfindən məlumatlandırılmalarına baxmayaraq hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, borclu Şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2 (054) - 871 / 2015 nömrəli, xx.xx.2015-ci il tarixli 2 (054) - 1006 / 2015 nömrəli məhkəmə əmrlərinə, xx.xx.2021-ci il tarixli 2 (054) - 254 / 2021 nömrəli qətnaməsinə dair icra sənədləri üzrə hazırda onun tələbkarlara cəmi 2138,28 manat borcu qalmışdır. İcra məmuru həmin icra sənədlərinin icrası ilə əlaqədar müvafiq tədbirlər görmüş, lakin borclu icra məmurunun çağırışlarına gəlməkdən yayınmış, yalnız onun barəsində axtarış elan edildikdən sonra polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Bununla da borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkarlara ödənilməli olan vəsaitin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 9 (doqquz) gün müddətində müəyyən edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 9 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 15:00-dan hesablansın. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-322/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-322/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver