Məhkəmə qərarları › İş №3(054)-326/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-326/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-326/2024 11.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Yaqublu kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, orta təhsili, "xxxx" MMC-də sosial işçi kimi çalışan, əvvəllər Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 150 / 2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı uşaq tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 adlı uşaqların cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnamə üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Borclu bu gün Oğuz rayon İcra və Probasiya Şöbəsində təyin edilən prosesə uşaqları gətirsə də, onları Zərərçəkmiş şəxs heç vaxt verməyəcəyini bildirmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, tələbkar dini cərəryan üzvüdür və düzgün həyat tərzi keçirmir. Tələbkar uşaqları da həmin istiqamətdə yönləndirməyə çalışır. Belə ki, onların birgə nikahından doğulmuş uşaqlar Oğuz şəhər 1 saylı tam orta məktəbdə qeydiyyatdadır. Lakin uşaqların tələbkarda olduqları qısa müddət ərzində tələbkar onları Şəki şəhərində yerləşən dini məktəbdə qeydiyyata aldırmışdır. O, uşaqların təhlükəsizliyindən narahatdır. Eyni zamanda, o özü işləyir və uşaqlarının maddi ehtiyaclarını ödəyir. Bu səbəblərə görə o, uşaqları tələbkarın himayəsinə verməkdən imtina edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, tələbkar 2021-ci il tarixdən 3 il ərzində uşaqları ilə maraqlanmamışdır. Uşaqların bu yaşadək maddi ehtiyaclarını borclu ödəmişdir və onlar hazırda atalarına daha çox bağlılıq göstərirlər. Eyni zamanda, uşaqlar tələbkarın himayəsinə verilərsə tələbkarın şəxsi evi olmadığından onların hansı evdə qalacağı da müəmmalıdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, o, övladlarının borcludan alınaraq onun himayəsinə verilməsini tələb edir. Buna baxmayaraq borclu qətnamənin icrasından boyun qaçırır. O, heç bir dini cərəyanın üzvü deyildir və uşaqları da dini məktəbə göndərməmişdir. Uşaqlar borcluda olan zaman həmişə uşaqları ilə maraqlanmış, müəyyən vasitələrlə bacardığı köməkliyi də onlara etmişdir. Eyni zamanda o, Oğuz rayonu Filfilli kəndində qeydiyyatdadır və həmin kənddə özünə məxsus torpaq sahəsi vardır. Gələcəkdə həmin torpaq sahəsi üzərində ev tikməyi düşünür. Hazırda isə o, Oğuz şəhərində kirayədə yaşayır. 2024-cü ilin yay aylarında borclu uşaqları onun himayəsinə verən zaman da onlarla həmin ünvanda yaşamışdır. O, borclunun uşaqlarla görüşünə də şərait yaratsa da, borclu sonuncu görüş zamanı uşaqları aparmış və geri gətirməmişdir. Borclu hazırda da uşaqları ona verməkdən qəti şəkildə imtina edir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş,Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 150 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Oğuz Rayon Məhkəməsinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2 (054) - 163 / 2021 nömrəli qərardadının surətindən görünür ki, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 adlı uşaqların cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Oğuz Rayon Məhkəməsinin 2 (054) - 163 / 2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə icra edilmiş, uşaqlar xx.xx.2021-ci il tarixdə borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilmiş, tələbkarın xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən icra orqanı tərəfindən icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş, qərar digər icra sənədləri ilə birgə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli məktubla icra vərəqəsi icra edildiyi üçün məhkəməyə qaytarılmışdır. Tələbkar Zərərçəkmiş şəxs Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın davam etdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 163 / 2021 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Uşaqlar xx.xx.2024-cü il tarixdə borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs təhvil verilmiş, tələbkarın həmin tarixli ərizəsinə əsasən icra orqanı tərəfindən icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, icra vərəqəsi icra edildiyi üçün məhkəməyə qaytarılmışdır. Tələbkar Zərərçəkmiş şəxs yenidən Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın davam etdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 163 / 2021 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (054) - 163 / 2021 nömrəli icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Borclu qanuni qüvvəyə minmiş qətnamə üzrə icra sənədinin icrasından qərəzli şəkildə yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan icra sənədi üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (054) - 150 / 2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq etməyi, tələbkarın mövqeyini nəzərə alaraq inzibati həbs müddətinin 15 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan –xx.xx.2024-cü il tarixdən saat 18:10dan hesablansın. İnzibati həbsdə saxlanılma yeri Qəbələ rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri müəyyən edilsin və qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbsdə saxlanılma yerinə çatdırılmasına dair hissəsinin icrasını təmin etmək Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar