Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-35/2023 27.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında və xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin noyabr ayının axırlarında şəxsi işi ilə əlaqədar iki-üç gün müddətinə Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” dairəsi adlanan ərazidə küçə ilə getdiyi zaman Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis əməkdaşları ona yaxınlaşaraq səbəbini ona izah etmədən onlarla Polis Bölməsinə getməli olduğunu bildirərək, onu xidməti avtomobillə həmin Polis Bölməsinə aparmışlar. O, israrla onlardan onu hansı səbəblə saxladıqlarını soruşduqda, ona Polis Bölməsində başa salacaqlarını bildirmişlər. O, Polis Bölməsində qardaşının 1-ci Qarabağ müharibəsində şəhid olduğunu və özünün də 1-ci Qarabağ müharibəsi veteranı olduğunu, şəxsi işi ilə əlaqədar iki-üç gün müddətinə Bakı şəhərinə gəldiyini bildirmişdir. Polis Bölməsində rəis heyətindən olduğunu güman etdiyi polis əməkdaşı digər polis əməkdaşlarına onu gətirdikləri yerdə aparıb düşürmə tapşırığı vermişdir. Bundan sonra polis əməkdaşları xidməti avtomobillə onu “20 Yanvar” dairəsi adlanan yerə düşürmüşlər. O, polis bölməsində heç bir sənədə imza etməmişdir. Həmin hadisədən sonra o, işlərini tamamlayaraq yaşadığı Oğuz rayonu Xaçmaz kəndinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə Oğuz rayon İcra və Probasiya Şöbəsindən gələn xəbərdarlıq məktubundan sonra ona məlum olmuşdur ki, həmin vaxt guya qanunsuz fəaliyyətlə məşğul olduğuna görə 80 (səksən) manat cərimə edilmişdir. Bununla bağlı onun ünvanına qərar və ya hər hansı xəbərdarlıq gəlməmişdir. O, Oğuz rayon İcra və Probasiya Şöbəsinin çağırışı əsasında xx.xx.2023-cü il tarixdə Şöbəyə gələndən sonra məlum olmuşdur ki, o cərimə edilmişdir və ona bununla bağlı SMS göndərilmişdir. O, telefonuna gələn SMS-ləri açıb oxuya bilmir. Həmin əsaslara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilmiş həmin tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında və xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə xəstəxanaya getmişdir. O, heç bir küçə ticarəti ilə məşğul olmamışdır. Bu barədə qərar qəbul edildiyini isə Oğuz rayon İcra və Probasiya Şöbəsinin çağırışından sonra bilmişdir. O özü ikinci dərəcə əlilliyi olan şəxsdir, hazırda oğlu X2 şəhərində həqiqi hərbi xidmətdədir. X9 X10 Müharibəsində şəhid olmuşdur. O, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında və xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Binəqədi rayon Polis İdarəsinin 40cı Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli MN ******* nömrəli xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən X3 ünvanlanmış, tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən və həmin tarixli icraata başlamaq haqqında qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara dair icra sənədi xx.xx.2023-cü il tarixdə Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və bu barədə X3 tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və X1 izahatını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə nəzərdə tutulmuşdur. X4 hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini xx.xx.2022-ci il tarixdə Bakı şəhərində küçə ticarəti ilə məşğul olmadığı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin küçə ticarəti ilə məşğul olması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi polis əməkdaşının üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən isə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində qanunsuz küçə ticarəti ilə məşğul olduğu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olması sübuta yetirilmədiyinə görə o, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X1 əməlində inzibati xəta hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında verilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə X1 hazırki şikayətinin Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, qərar məcburi icraya yönəldilmə ilə bağlı göndəriş xarakteri daşımaqla məhkəmə mübahisəsinin predmeti deyildir. Eyni zamanda inzibati tənbeh tətbiq etmə barədə hazırki qərar ləğv edildiyindən həmin qərarın məcburi icraya yönəldilməsi üçün müvafiq icra qurumuna göndərilməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərarı da əhəmiyyətini itirmiş hesab olunur. Ona görə də hazırki şikayətin həmin qərarla bağlı hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 şikayəti qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında verilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. X1 hazırki şikayətinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair hissəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan1 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-35/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-35/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver