Məhkəmə qərarları › İş №3(054)-36/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-36/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-36/2022 15.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus aptekdə (**********-66001) provizor X2 tərəfindən fərdi qoruyucu vasitə olan maskadan istifadə olunmadan müştəriyə xidmət göstərilməsi faktı üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 13.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs MMC-nin barəsində 13.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərilən müraciətdə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC də məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş 13.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs MMC-yə məxsus aptekdə provizor X2 tərəfindən fərdi qoruyucu vasitə olan maskadan istifadə olunmadan müştəriyə xidmət göstərilmişdir. X1 da bu faktı inkar etmədiyi ilə bağlı inzibati xəta haqqında protokolda müvafiq qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Hazırki inzibati xəta haqqında materialdan görünür ki, X2 tərəfindən fərdi qoruyucu vasitə olan maskadan istifadə olunmadan müştəriyə xidmət göstərilməsinə görə hüquqi şəxs olan Şəxs MMC inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hüquqi şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edən 18.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxs inzibati məsuliyyətə hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə cəlb edilir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, hüquqi şəxsi təmsil edən vəzifəli şəxslər və ya hüquqi şəxsin işçisi tərəfindən törədilmiş inzibati xətalar yalnız o halda həmin hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olur ki, qeyd olunan inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. İş materiallarından və işin hazırki vəziyyətdə məhkəmədə müəyyən edilmiş hallarından göründüyü kimi, hazırki iş üzrə isə hüquqi şəxs Şəxs MMC-yə məxsus aptekdə provizor X2 tərəfindən fərdi qoruyucu vasitə olan maskadan istifadə olunmadan müştəriyə xidmət göstərilmiş olsa belə, həmin inzibati xəta hadisəsi hüquqi şəxs Şəxs MMC-nin xeyrinə törədilməmiş və ya onun maraqlarının qorunmasına xidmət etməmişdir. Belə olan halda X2 tərəfindən törədilmiş, fərdi qoruyucu vasitə olan maskadan istifadə olunmadan müştəriyə xidmət göstərilməsində ifadə olunan inzibati xətaya görə Şəxs MMC-nin hüquqi şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməsinə hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki iş üzrə isə X2 tərəfindən törədilmiş inzibati xəta hüquqi şəxs Şəxs MMCnin xeyrinə törədilmədiyindən və ya onun maraqlarının qorunmasına xidmət etmədiyindən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki vəziyyətdə hüquqi şəxs Şəxs MMC 13.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi müəyyən olunmadığından onun barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş 13.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş 13.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar