Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-37/2022 01.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1961-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 3 (054) - 124 / 2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilmişdir. Həmin qərar üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi əsası ilə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə 01.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, Oğuz Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli 3 (054) - 124 / 2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına dair icra sənədi üzrə inzibati cərimənin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs bildiriş göndərilmiş, lakin o, icra sənədini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İcra sənədi üzrə müvafiq orqanlara sorğular göndərilmiş, lakin Şəxs məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti aşkar edilməmişdir. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonu Kərimli kəndində yaşayır və həmin kənddə yerləşən “Quzu və dana əti” adlı sahibkarlıq obyektində fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onun digər hər hansı gəlir mənbəyi yoxdur, əmək haqqı və ya təqaüd almır. Maddi imkansızlığa görə inzibati cərimə məbləğini indiyədək ödəyə bilməmişdir və hazırda da ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin protokolda Şəxs inzibati cərimə məbləğindən hər hansı ödəniş etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakı vardırsa, inzibati cərimə tətbiq etmə haqqında qərar onun həmin əmlakına yönəldilə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdadır. Lakin borclunun bank hesablarının olubolmamasının müvafiq vergi orqanı ilə dəqiqləşdirilməsinə dair sənədlər hazırki işin materiallarına əlavə edilməmişdir. Eyni zamanda, Şəxs adına nəqliyyat vasitəlləri və digər əmlak növləri, əmək müqaviləsi bildirişi, pensiya və ya sosial ödəniş məlumatları olmaması ilə bağlı elektron informasiya sistemindən çıxarış hazırki inzibati xəta haqqında protokola əlavə edilərək məhkəməyə təqdim edilsə də, borclunun adına digər daşınmaz əmlakların, kənd təsərrüfatı texnikasının qeydiyyata alınıb-alınmaması aydınlaşdırılmamışdır. Həmçinin, borclunun adında pul vəsaitinin və digər qiymətli kağızların olub-olmaması ilə bağlı banklara sorğu verilib-verilməməsi, həmin sorğulara verilən cavablar da hazırki protokola əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, icra məmuru tərəfindən borclunun ünvanında onun əmlak vəziyyətinə baxış keçirilməsinə dair heç bir sənəd iş materiallarına əlavə edilməmiş, borclunun təsərrüfatında tələbin yönəldilə biləcəyi mal-qara və digər ev heyvanlarının olub-olmaması müəyyən edilməmişdir. Belə olan halda, Şəxs tətbiq edilən inzibati cərimənin indiyədək ödənilməməsi inzibati cərimə növündə tənbeh tətbiq edilən qərarın inzibati xəta törədən şəxs tərəfindən qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi kimi qiymətləndirilə bilməz. Hazırki vəziyyətdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə hər hansı əsas yoxdur və ona görə də məcburi icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi 01.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş 01.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(054)-37/2022
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-37/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver