Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-39/2024 27.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Ərmənət kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döyməsi faktı üzrə Oğuz rayon X4 Qrupunun baş təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024cü il tarixdə Oğuz rayonu Ərmənət kəndində qaynanası Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirməsi faktı üzrə Oğuz rayon X4 Qrupunun təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 2023-cü ilin yay aylarında arvadı uşaqları götürüb Oğuz rayonu Ərmənət kəndinə-valideynlərinin yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs onun qaynanasıdır. O, xx.xx.2024-cü il tarixdə günorta saatlarında övladlarını görəmək məqsədi ilə qaynanası Səmayənin yaşadığı ünvana getmişdir. Həyətə daxil olaraq arvadı Səbinəni və övladlarını çağırmış, bu zaman qaynı Vasif Hüseynov evdən çıxaraq onu qarşılamış və həyətdən çıxmağını tələb etmişdir. Həmin vaxt qaynı ilə aralarında mübahisə yaranmış, səs-küyə arvadı Səbinə və qaynanası Səmayə evdən çıxmışlar. Qaynanası Səmayə onu itələyərək həyətdən çıxarmaq istəmiş, lakin o qaynanasına uşaqlarını görmədən getməyəcəyini bildirmişdir. O həmin vaxt sərxoş vəziyyətdə olmamış və qaynanasına hər hansı xəsarət yetirməmişdir. Sadəcə olaraq onlara qarşı nalayiq ifadələr işlədərək küçəyə çıxmışdır. Bundan sonra isə polis əməkdaşları gələrək onu Polis Şöbəsinə aparmışlar. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun qızı-Səbinənin əridir. Onun qızı və Zahir arasında əvvəllər baş vermiş münaqişələr səbəbindən 2023-cü ilin avqust ayında Səbinə övladlarını da götürərək onun və digər ailə üzvlərinin yaşadığı ünvana gəlmişdir və hazırda da onlarla birlikdə yaşayırlar. Keçən müddət ərzində Zahir övladlarını görmək məqsədi ilə onlar yaşayan ünvana gəlmiş və aralarında mütəmadi olaraq mübahisələr yaranmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə olarkən kiminsə onları çağırdığını eşitmişdir. Həmin vaxt evdən çıxmış və Şəxs sərxoş vəziyyətdə oğlu Vasiflə mübahisə etdiyini görmüş və onları ayırmağa çalışmışdır. Bu zaman Şəxs qəsdən onu vurub xəsarət yetirmişdir. O aldığı xəsarətdən huşunu itirmişdir. O Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun bacısının əridir. xx.xx.2024-cü il tarixdə o valideynlərinə baş çəkmək üçün Oğuz rayonu Ərmənət kəndində onlar yaşayan ünvana getmişdir. Həmin gün təxminən günorta saatlarında ailə üzvləri ilə birlikdə evdə olduqları zaman kiminsə həyətdə çağırdığını eşitmiş və kimin olduğunu öyrənmək üçün evdən çıxmışdır. Bu zaman çağıran şəxsin Şəxs olduğunu görmüşdür. Zahir ona övladlarını görmək istədiyini bildirmişdir. O, Zahirin sərxoş vəziyyətdə olduğunu görərək uşaqların ondan qorxduğunu demiş və çıxıb getməsini xahiş etmişdir. Bu zaman Zahir onun yaxasından tutaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt onun anası Səmayə səs-küyə evdən çıxaraq onları ayırmağa çalışmış, Zahir anasının göz nahiyəsinə yumruqla zərbə endirmişdir. Qardaşı Əfqan münaqişəyə müdaxilə etmiş və onları ayırmış, Zahiri küçəyə çıxarmışdır. Oğuz rayon X4 Qrupunun baş təhqiqatçısı Elnur Alcanovn xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun üzünün sol gözaltı, sol kürək nahiyyəsinin, sol bazunun bayır yuxarı və sağ saidin ön orta 1/3-nin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər bərk-küt əşyaların təsirindən törənməklə xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (054) – 203 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə, məhkəmənin xx.xx.2023-cü il tarixli 3 (054) – 213 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə və məhkəmənin xx.xx.2023-cü il tarixli 3 (054) – 252 / 2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı ona xəsarət yetirmədiyi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusat zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər faktiki halları ilə təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Ərmənət kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda törətdiyi inzibati xətaları onun şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta hadisəsinin baş vermə şəraitini və xəsarətin yetirilmə üsulunu, onun şəxsiyyətini səciyyələndirən halları və təqsirinin dərəcəsini, öz əməllərindən peşman olmadığını və zərərçəkmiş şəxslə barışmağa təşəbbüs də göstərmədiyini, zərərçəkmiş şəxsin hazırda da ondan şikayətçi olmasını, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə Şəxs şəxsiyyəti nəzərə alınmaqla tətbiq edilən inzibati həbsin 20 (iyirmi) gün müddətində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024-cü il tarixdə saat 10:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Oğuz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-39/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-39/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver