Məhkəmə qərarları › İş №3(054)-4/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-4/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-4/2025 16.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X3 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat miqdarında cərimə edilmişdir. X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin həmin qərarın icrası məqsədi ilə əmək haqqından tutulmaların aparılması üçün göndərilmiş xx.xx.2024-cü il tarixli 3-17-5/2-69344/2024 nömrəli məktubu ilə tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi faktı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X6 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qanuni qüvvəyə minmiş qərarının icrası ilə əlaqədar Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2024-cü il tarixdə məktub göndəirilərək X4 əmək haqqından hər ay 50% olmaqla 1500 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi xahiş edilmiş, eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi izah edilmişdir. Həmin məktub Şəxs MMC-yə məxsus şəxsi kabinetdə yerləşdirilmişdir. Lakin Şəxs MMC-nin rəhbərliyi icrası məcburi olan göstərişin tələblərinə əməl etməmişdir. Bu səbəbdən müəssisə rəhbərliyinə xx.xx.2024-cü il tarixli məktub göndərilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə nümayəndəsinin gəlməsi və ya video konfrans vasitəsi ilə qoşulması təklif edilmişdir. Müəssisənin nümayəndəsi protokolun tərtib edilməsində də iştirak etməmiş, həm Şəxs MMC, həm də onun direktoru X2 haqqından tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl edilməməsinə görə onlar barəsində ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti də regional şöbəyə aiddir. Qeyd etdiklərinə əsasən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o hazırda Şəxs MMC-nin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan məktublardan heç biri müəssisəyə çatdırılmamışdır. Bu səbəbdən həmin məktubların məzmunu barədə onun xəbəri olmamış və əmək haqqından tutulmalar aparılması da mümkün olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X5 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərdiyi ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə “inzibati xəta haqqında” 25 noyabr 2024-cü il tarixli, ******* nömrəli Protokol tərtib edərək məhkəməyə təqdim etmiş və 3(054)-334/2024 saylı iş hal-hazırda məhkəmənin icraatındadır. X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edərək Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 3(054)-265/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, 1. X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokol tərtib etməkdə subyektiv hüquqa malik deyildir. 2. Oğuz Rayon Məhkəməsinin 3(054)-265/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarını xx.xx.2025-ci il tarixdə əldə edərək həmin qərardan apelyasiya şikayəti verilmişdir. Göstərilənlərin nəzərə alınmağını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə “inzibati xəta haqqında” 25 noyabr 2024-cü il tarixli, ******* nömrəli protokolu tərtib etməkdə subyektiv hüquqa malik olmadığını nəzərə alaraq icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-69344/2024 saylı məktubundan görünür ki, hüquqi şəxs Şəxs MMC-yə məktub göndərilərək X4 əmək haqqından hər ay 50% olmaqla 1500 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Qeyd olunan bildiriş məktubunun göndərişi xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-17-5/2-81605/2024 saylı bildiriş məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli göstərişlə tələb edilən məlumatlar təqdim edilmədiyindən hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və müəssisənin nümayəndəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə və ya video konfrans vasitəsi ilə dəvət edilmişdir. Qeyd olunan bildiriş məktubunun xx.xx.2024-cü il tarixdə göndərişi həyata keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar hüquqi şəxs Şəxs MMC-yə məktub göndərilərək X4 əmək haqqından hər ay 50% olmaqla 1500 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi tələb edilmişdir. Lakin Şəxs MMC həmin göstərişə əməl etməmiş, X4 əmək haqqından tutulmaları həyata keçirməmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki- Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-69344/2024 nömrəli məktubu ilə tələb edilən məlumatı da təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən Şəxs MMC barəsində tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi əsası ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58-2-ci bəndində əsasən Məcəllənin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda göstərilən orqanın (qurumun) adından – inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş və həmin Siyahıda nəzərdə tutulan digər vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə yerli icra hakimiyyəti orqanı adından – bu Siyahının 57.2.3-cü yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. X5 hazırki iş üzrə protokolun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən tərtib edilməsini mübahisələndirsə də, yuxarıdakı normanın məzmunundan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmişdir. Hazırki inzibati xəta haqqında protokol da Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tənbeh edilməsi barədə Oğuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3 (054) - 265 / 2024 nömrəli qərarın icra edilməməsi ilə deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının icra edilməməsi ilə əlaqədardır. Beləliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol qanuna uyğun olaraq tərtib edilmişdir. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq edilir. Məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar